PASHA Bank korporativ tərəfdaşlarla münasibətlər üzrə mütəxəssis axtarır

İşəgötürən: PASHA Bank
Vakansiya: Korporativ Tərəfdaşlarla Münasibətlər üzrə Mütəxəssis
Son tarix: 25 may 2022
İşiniz nədən ibarətdir?
-“PAŞA Bank”ın dizayn, proqramlaşdırma, Məhsul Sahibliyi və Data istiqmətləri üzrə icma iştirakçılarına tanıdılması
-İştirakçıların müzakirələrə cəlb olunması ilə onların arasındakı əlaqələrin gücləndirilməsi
-İcma üzvlərindən rəy və təkliflərin toplanması və təhlil edilməsi
-Qruplarda əhval-ruhiyyəyə nəzarət edilməsi, sorğulara cavab verilməsi
-İcma üzvləri üçün xüsusi tədbirlərini təşkil edilməsi
-Ünsiyyət planının hazırlanması və bütün qruplar, mövzular üzrə fasiləsiz məlumat axınının təmin edilməsi
-Bankı və onun maraqlarını təmsil edən bütün fəaliyyət və təşəbbüslərdə (yerli, regional) iştirak
Sizdən nə tələb olunur?
-Təhsil: Marketinq, Kommunikasiya və ya digər müvafiq sahə üzrə bakalavr təhsili
-İş təcrübəsi: Ən az 1-2 il iş təcrübəsi
-Xarici dil bilikləri: ingilis dili (sərbəst), Rus dili (Orta)
-Kompüter bilikləri: MS Office
-Digər: Yüksək ünsiyyət, danışıq və təşkilati bacarıqlar
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 19.05.2022-ci il tarixinədək başlıqda Korporativ Tərəfdaşlarla Münasibətlər üzrə Mütəxəssis qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 6 saat, 28 dəq
- 4 gün, 10 saat, 30 dəq
- 4 gün, 16 saat, 11 dəq
- 4 gün, 16 saat, 15 dəq
- 4 gün, 16 saat, 21 dəq