PASHA Bank front-end proqramlaşdırma üzrə kiçik mütəxəssis/mütəxəssis axtarır

İşəgötürən: PASHA Bank
Vakansiya: Front-end Proqramlaşdırma üzrə Kiçik Mütəxəssis/Mütəxəssis
Son tarix: 01 oktyabr 2022
İşiniz nədən ibarətdir?
-Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll hazırlanması, biznes dəyərlərini çatdırmaq üçün front-end mühəndislik praktikasının gücləndirilməsi;
-Mükəmməl istifadəçi interfeysi yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
-Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizayner və back-end proqramçılar ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak;
-UX/UI tələblərinə uyğun olaraq istifadəyə rahat, inkişaf edən, səhvə davamlı proqramların yaradılması;
-Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
-İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
-“Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
-Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin edilməsi;
-Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq icrası;
-Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət;.
-Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
-Təhsil: İnformasiya Texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
-Xarici dillər: İngilis
-Komputer bilikləri: React (or Angular, Ember, and Backbone)
-Typescript üzrə mükəmməl biliyin olması
-İstifadəçi əlaqəsi və dizayn, prinsip və standartları haqqında anlayış
-Verilənlərin strukturu və alqoritm biliyi
-Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi, SVN və ya GIT
-Digər: İdarəçilik, ünsiyyət və hesabat biliyi
-Bankçılıq təcrübəsi
-Üstünlük verilir: Kodun yenidən işlənməsi
-Dizayn nümunələri
-Dizayn yönümlü inkişaf
-Domain yönümlü dizayn
-CI/CD, yüksək miqyaslı proqramlar, proqram təhlükəsizliyi
-İkili proqramlaşdırma, testlər üzrə bilik
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Front-end Proqramlaşdırma üzrə Kiçik Mütəxəssis/Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 saat, 57 dəq
- 1 saat, 59 dəq
- 2 saat, 14 dəq
- 2 saat, 16 dəq
- 2 saat, 30 dəq