PASHA Bank beynəlxalq ödəniş sistemləri / mütəxəssisi axtarır

Mütəxəssis

pasha bank


İşəgötürən: PASHA Bank

Vakansiya: International Payment Systems / Specialist

Son tarix: 11 iyun 2022

Vəzifənin məqsədi:

Bank kartları ilə keçirilən ölkədaxili və ölkəxarici əməliyyatların qarşılıqlı tələb və öhdəliklərin hesablanması yolu ilə nağdsız hesablaşmaların aparılmasına, Klirinq fayllarının və əməliyyatlarının vaxtında icra edilməsi və proses zamanı yaranan problemlərin müəyyən edilib aradan qaldırılmasına görə məsuliyyət daşıyır.

-Gündəlik olaraq bank kartları üzrə Prosessinq Mərkəzlərindən  klirinq faylarının mübadiləsi və emal edilməsi (Visa, Master, Milli Kart, BKM və Kapital);

-Bank ödəmə sistemləri üzrə (Visa, Master) daxil olan hesabatlar əsasında müxabirləşmələri bank proqramında icra etmək;

-Gündəlik olaraq bank sistemində günün bağlanması prosesinin aparılması və  Prosessinq mərkəzlərinə (Visa, Master, Milli Kart və BKM, Kapital) faylların göndərilməsi;

-Pos-terminalların qeydiyyatı, cash-back əməliyytalarının sazlanması, yeni aqreqatorların sistemdə qeydiyyatı, MCC kodların müəyyən edilib sazlanması, yeni tranzit hesabların açılması, tranzit hesabdan vəsaitlərin köçürülməsi üçün Flex sistemində rekvizitlərin sazlanması:

-Visa və  Mastercard  ödəniş sistemləri üzrə chargeback əməliyyatları  və digər hesabatların hazırlanması və təqdim olunması. 

-Visa,  Mastercard  və BKM ödəniş sistemləri üzrə chargeback əməliyyatları prosessinin aparılması

-Visa Quarterly report və Mastercard QMR hesabatlarının hazırlanmsı və sistemə daxil edilməsi

-Əlavə olunan yeni sistemlərin və proseslərin təkmilləşdirilməsi.

-Gələn ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq tədbirlərin görülməsi, vaxtında və düzgün icrasının təmin edilməsi.

-Əməliyyat gününün sonunda, bütün əməliyyatların vaxtında və düzgün aparılmasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması. Neqativ hesabların yoxlanılması və tələb olunan müxabirləşmələrin verilməsi. 

-Daim yenilənən processləri nəzərə alaraq prosedurlar və qaydalar üzrə biliklərin artırılması.

Tələb olunan bilik, bacarıq və təcrübə:

-Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili

-Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə  minimum 2-3 il  

-Xarici dillər: İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)

-Kompüter bilikləri: Microsoft Office (excel, world)

-Məhsul üzrə biliklər: Bank kartları üzrə mövcüd olan Ödəmə sistemləri  sahəsində təcrübə, ölkədaxili prosessinq mərkəzlərinin işləmə prinsipi üzrə məlumat

-Başqa tələblər: Kart sistemində  işləmə bacarığı. Görülən iş barəsində hesabat vermə bacarıqları, ünsiyyət bacarıqları və özünü inkişaf etdirmə bacarıgı

CV-nin göndərilməsi üçün e-mail: [email protected]


©️ 2022

070 231 45 70

[email protected]