PASHA Bank AML və monitorinq üzrə mütəxəssis axtarır
İşəgötürən: PASHA Bank
Vakansiya: AML və Monitorinq üzrə Mütəxəssis
Son tarix: 17 sentyabr 2022
İşiniz nədən ibarətdir?
-Nəzarət fəaliyyətini həyata keçirən orqanlara təqdim etmək üçün hesabatların hazırlanması;
-Nəzarət orqanları tərəfindən daxil olmuş sorğuların cavablandırılması;
-Filial və Biznes Mərkəzlərindən daxil olan PL/TMM ilə əlaqəli sorğuların cavablandırılması;
-Gündəlik əsasda əməliyyatların PL/TMM proqram təminatı vasitəsi ilə idarəedilməsi və təyin edilmiş indikatorlar əsasında monitorinqlərin aparılması;
-Müvafiq proqram təminatı üzrə texniki tapşırıqların verilməsi, yeni ssenarilərin yazılması və həmin proqram təminatına dair xarici təchizatçılar ilə işlərin aparılması;
-PL/TMM ilə əlaqəli tələblər üzrə bankdaxili kommunukasiyanın təşkil edilməsi;
-PL/TMM ilə əlaqəli banka daxil olan məktubların və müraciətlərin cavablandırılması;
-Bankdaxili ümumi proses və daxili qaydaların PL/TMM baxımından dəyərləndirilməsi;
-Bankda mövcud məhsulların və yeni məhsulların PL/TMM baxımından dəyərləndirilməsi və məhsul sahibləri ilə müzakirələrin təşkil edilməsi.
Sizdən nə tələb olunur?
-Təhsil: İqtisadiyyat, Hüquq sahəsində və ya digər uyğun sahədə ali təhsil
-İş təcrübəsi: Çirkli Pulların Yuyulmasına qarşı mübarizə sahəsində minimum 2 il
-Xarici dillər: İngilis dili və Rus dili (səlis)
-Kompüter bilikləri: Microsoft Office və İT yönümlü biliklər
-Digər:
-Azərbaycan Respublikasının Hüquqi Aktlarından və ümumi yerli Qanunvericilik tələblərindən məlumatlı olmaq
-Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “AML və Monitorinq şöbəsinə Əməliyyatların Monitorinqi üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 22 saat, 16 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 23 saat, 12 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 19 saat, 54 dəq
- 3 gün, 19 saat, 57 dəq
- 3 gün, 20 saat, 33 dəq