“PAŞA Sığorta”dan yeni vakansiya
“PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması Departamentində Əməliyyat risklərin idarəolunması üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
-Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
-Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
-Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və bunun əsasında risk xəritəsini hazırlamaq;
-Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
-Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək.
-Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
-Risk iştahının hazırlanmasında iştirak etmək;
-Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
-Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
-İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
-Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
-Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
BİLİKLƏR
-Təhsil: İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat;
-Kompyuter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
-Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.
TƏCRÜBƏ
-Risklərin idarə olunması, audit, maliyyə üzrə minimum 1 il təcrübə (Sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).
BACARIQLAR
-Təqdimat bacarıqları;
-Komandada işləmək bacarığı;
-Yaxşı ünsiyyət bacarığı;
-Məntiqi və analitik düşüncə;
-Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
-Stresə davamlılıq;
-Təşəbbüskarlıq;
-Məqsədyönlülük;
-Emosional stabillik və məsuliyyətli olmaq.
Son müraciət tarixi: 01.07.2022
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 10 saat, 14 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 11 saat, 9 dəq
- 7 ay, 3 həftə, 13 saat, 2 dəq
- 10 ay, 3 həftə, 5 gün, 7 saat, 47 dəq
-
11 ay, 1 həftə, 3 saat, 18 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır