“PAŞA Sığorta” işçi axtarır

“PAŞA Sığorta” ASC namizədləri Müştəri məmnuniyyəti üzrə kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
Müştərilərdən daxil olan şifahi və yazılı müraciətlərin araşdırılması və müştərilərə geri dönüşlərin edilməsi
Müştərilərdən daxil olan məktublara cavabların yazılması
Müştəri məmnunluğunu artırmaq üçün proseslərin təkmilləşdirilməsi məqsədilə daima yeniliklərin təklif və tətbiq edilməsi
Müştəri müraciətləri üzrə hesabatların hazırlanması.
BİLİKLƏR
Ali təhsil
Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq, Azərbaycan dilində mükəmməl yazı bacarıqları və İngilis dili yaxşı səviyyədə
MS Office, Outlook, Excel proqramlarında işləmək bacarığı
TƏCRÜBƏ
Müştərilərlə iş sahəsində (telefon vasitəsilə və ya üzbəüz) minimum 3 il iş təcrübəsi
Complaint management sahəsində minimum 1 il iş təcrübəsi
Banklar, maliyyə sturkturları, sığorta sahələrində iş təcrübəsinin olması üstünlükdür.
BACARIQLAR
Səlis nitq, fikri aydın izah etmə bacarığı
Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Analitik düşüncə qabiliyyəti
Stressə davamlılıq
Komandada işləmək bacarığı
Problem həll etmək bacarığı
Nəticə yönümlülük
Keyfiyyət yaratmaq bacarığı
Son müraciət tarixi: 18.09.2022.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Vakansiyalar
- 1 ay, 1 həftə, 6 gün, 23 saat, 33 dəq
-
1 ay, 3 həftə, 4 gün, 19 saat, 4 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 3 saat, 2 dəq
- 2 ay, 3 gün, 2 saat, 52 dəq
- 2 ay, 3 gün, 2 saat, 55 dəq