“PAŞA Sığorta” da yeni vakansiya

“PAŞA Sığorta” ASC namizədləri “Komplayns Xidməti üzrə kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ
-Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indikatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək;
-İllik plan əsasında uyğunluq yoxlamalarını həyata keçirmək, nəticə ilə bağlı birbaşa rəhbərinə hesabat və tövsiyə sənədi təqdim etmək;
-Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
-Şirkətdaxili bütün normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) müvafiq struktur bölmələrdən daxil olan sorğular əsasında qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirmək;
-Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qanuniləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyətin şirkət daxilində tənzimlənməsinə nəzarət etmək;
-Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasını təmin etmək;
-Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək, zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı birbaşa rəhbərini məlumatlandırmaq;
-Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və şirkət üzrə tətbiqini təmin etmək;
-Şirkətin yeni yaradılmış satış kanalları və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s.) üzrə müvafiq struktur bölmələrdən daxil olan sorğular üzrə qanunvericiliyə uyğunluğunu təhlil edib rəy vermək;
Komplayns istiqaməti üzrə birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.
BİLİKLƏR
-Hüquq üzrə ali təhsil;
-Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı;
-Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.
TƏCRÜBƏ
Komplayns, Risklərin idarə olunması, Audit, Hüquq sahəsi üzrə minimum 1 il təcrübə (sığorta, bank sahəsində və Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).
BACARIQLAR
-Dürüstlük;
-Şəffaflıq;
-Komandada işləmək bacarığı;
-Vaxtın səmərəli idarə edilməsi bacarığı;
-Məntiqi və analitik düşüncə;
-Stresə davamlılıq;
-Təşəbbüskarlıq;
-Şəxsi inkişafa yönümlülük;
-Məqsədyönlülük;
-Emosional stabillik və məsuliyyətli olmaq;
-Yaxşı ünsiyyət bacarığı.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Vakansiyalar
- 1 ay, 2 həftə, 18 dəq
-
1 ay, 3 həftə, 4 gün, 19 saat, 49 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 3 saat, 47 dəq
- 2 ay, 3 gün, 3 saat, 37 dəq
- 2 ay, 3 gün, 3 saat, 40 dəq