PAŞA Holdinq HR biznes partnyoru axtarır

Mütəxəssis

paşa-holdinq


İşəgötürən: PASHA Holding

Vakansiya: HR biznes partnyoru

Müddət: 2022-04-01 – 2022-05-01

Şəhər: Bakı

İşin təsviri:

-Müntəzəm hesabatlara əsasən PAŞA Holdingin Strateji Aktivlərinin davamlı şəkildə monitorinq edilməsi və Qrupun İR departamentinin İR prosesləri ilə bağlı tendensiyalar, problemlər və qabaqcıl təcrübələr barədə məlumatlandırılması;

-Biznes strategiyasına töhfə vermək məqsədilə Biznes Qrup ilə davamlı şəkildə əlaqə saxlanılması və Strateji Aktivlərdə və Qrupda İR funksiyasının biznes gözləntilərinin uyğunlaşdırılması;

-Lazım gəldikdə Strateji Aktivlərin layihələrində iştirak etmək;

-Müvafiq Strateji Aktivlərin Qrupun İR prinsiplərinə və siyasətlərinə uyğunluğunun monitorinqi;

-Qrup boyu həyata keçirilən layihələrin əsas fəaliyyət göstəricilərinin (ƏFG-lər) və nəticələrinin izlənilməsi; 

-OHI təşəbbüslərinin monitorinqi;

-İR menecerinə hər hansı Strateji Aktivlərlə bağlı məsələlərdə dəstək verilməsi;

-Həllər, proqramlar və siyasətlər formalaşdırmaq üçün Qrupun İR bölməsi ilə tərəfdaşlıq şəraitində tendensiyaların və göstəricilərin təhlil edilməsi;

-Təşkilati dəyişikliklərin planlaşdırılmasında və işlənib hazırlanmasında İR menecerinə dəstək verilməsi, o cümlədən birgə dizayn yanaşmalarına şərait yaradılması və dəyişiklik üçün biznes keyslərin işlənib hazırlanması;

-PAŞA Holdingin konkret Strateji Aktivlərində kadrların idarə edilməsi, təşkilati səmərəlilik, işçi qüvvəsinin planlaşdırılması və işçilərin cəlb olunması proseslərini monitorinq etməkdə İR menecerinə və Qrupun İR direktoruna dəstək verilməsi.

Tələb olunan təcrübə, bacarıqlar və səriştələr:

-İR sahəsində 5 ildən artıq təcrübə;

-Maliyyə sektorunda (bank, sığorta) iş təcrübəsi üstünlük hesab olunur;

-Təfərrüatlara və dəqiqliyə diqqət yetirməklə əhəmiyyətli miqdarda məlumatı toplamaq, təşkil etmək, təhlil etmək və yaymaq səriştəsinə malik olmaqla yanaşı güclü analitik bacarıqlar;

-Güclü problem həll etmə bacarığı;

-Müfəssəl cədvəllər, diaqramlar və təqdimatlar hazırlamaq bacarığı;

-Yaxşı tədqiqat bacarıqları;

-Microsoft Office Suite üzrə təcrübəli istifadəçi olmaq;

-Azərbaycan və ingilis dillərində səlis bilmək və rus dili biliyi isə üstünlükdür.

Müraciət etmə qaydası:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: 

Mövzu sətrində “HR biznes partnyoru” qeyd olunmalıdır;

CV-lər 01 may, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Müraciət üçün mail: [email protected]

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]