Para BOKT problemli kreditlər üzrə baş mütəxəssis axtarır
İşəgötürən: Para BOKT
Vakansiya: Problemli kreditlər üzrə baş mütəxəssis
Son tarix: 30 oktyabr 2022
Əsas iş funksiyaları:
-Gecikmədə olan kredit sənədlərinin təhlil olunması – Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
-Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması,vizitlərin həyata keçirilməsi , iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi;
-Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
-Problemlərin həll olunması vəziyyətindən asılı olaraq sənədlərin müvafiq struktur bölmələrinə təqdim edilməsi;
-Məhkəmə və icra qurumları ilə qarşılıqlı fəaliyyət.
Tələblər:
-Ali təhsil;
-Bank və ya BOKT sektorunda problemli kreditlərlə bağlı ən azı 2 illik iş təcrübəsi;
-İnsanlarla ünsiyyət qurma bacarığı;
-Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
-Analitik qabiliyyət;
-Azərbaycan dilində səlist danışıq bacarığı;
-MS Office proqramlarında işləmə bacarığı
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Problemli kreditlər üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
Vakansiyalar
- 1 gün, 18 saat, 47 dəq
- 1 gün, 18 saat, 50 dəq
- 1 gün, 19 saat, 26 dəq
- 1 gün, 19 saat, 29 dəq
- 3 ay, 2 həftə, 4 gün, 10 saat, 4 dəq