Pambıq istehsalçısı laborant axtarır

Laborant


MKT İstehsalat Kommersiya MMC Laborant vəzifəsi üzrə vakansiya elan edir.

-Elan tarixi: 11.04.2022

-Bitmə tarixi: 11.05.2022

-Şirkət: MKT İstehsalat Kommersiya MMC

-Ərazi: Bakı

-Əmək haqqı: 400₼

-Staj: 1 il

-Yaş həddi: 20 — 45 yaş

-Təhsil: Natamam ali təhsil (bakalavr)

-İş rejimi: Növbəli

-Müqavilə: Əmək müqaviləsi

-E-mail: linkə müraciət edin

Müraciət üçün linkə daxil olun: https://hr.mktcotton.com/az/job/laborant+1/apply

Vəzifə öhdəlikləri:

İlkin emaldan hazır məhsula qədər növbə müddətində yarımfabrikantların keyfiyyətinə nəzarət etmək;

Növbə müddətində anbara daxil olan pambıq mahlıcından nümunə götürmək;

Götürülən nümunəni laboratoriyaya gətirərək HVİ 1000 və AFİS PRO 2 aparatında yoxlamaq;

İş prossesi zamanı istehsal olunan ipliklərin düzgünsüzlüyünü və müqavimətini yoxlamaq üçün testlər aparmaq.

Gündəlik olaraq aparılan testlərin xammal,istehsalat və hazır məhsul daxil olmaqla keyfiyyət göstəricilərinin tərtib edilməsi;

İş vaxtı aidiyyatı iş yerində olmaq,verilən tapşırığın düzgün və təhlükəsiz yerinə yetirmək;

İstehsalat prossesinin fasiləsiz və qəzasız aparılmasına diqqət etmək;

Bütün işləri keyfiyyət sistemi prosedurlarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;

Fəaliyyəti ilə bağlı mütamadi olaraq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;

Tələblər:

Ali təhsil

Müvafiq sahə üzrə ən az 1 illik təcrübə

Avadanlıqları  tənzimləmə qaydalarını, keyfiyyət və təmizlik parametrlərini bilmək

Əməyin mühafizəsi. təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydaları ilə tanış olmaq

Səriştələr:

Məsuliyyətli

Pozitiv

Özünütəşkiletmə qabiliyyəti

Etibarlılıq

Dürüstlük

Əlavə məlumat:

Əmək haqqı 400 AZN-dən başlayaraq;

İş qrafiki: Növbəli iş rejimi;

İş yeri: Bakı şəhəri, MKT İK MMC – Tekstil idarəsi;

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]