“Optimal Electronics” işçilər axtarır – VAKANSİYALAR

Mütəxəssis


1. Onlayn satış məsləhətçisi

 Son tarix 11 mart 2022 

Tələblər:

  • Təhsil: Ali və ya orta;
  • Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
  • Satış təcrübəsi arzu olunandır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Satış qabiliyyəti olmalı;
  • Məhsulları təqdim etmək bacarığına malik olmaq.

Əsas vəzifələr:

  • Onlayn şəkildə yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
  • Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

Biz Sizə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;
  • Ödənişsiz təlimlər;
  • Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

2.Anbardar

 Son tarix 11 mart 2022 

Tələblər:

  • Təhsil: Ali və ya orta
  • İş təcrübəsi arzu olunandır.
  • Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dilində fikrini ifadə etməyi bacarmalıdır. .
  • Diqqətli, şaffaf, işində dəqiq olmalıdır.

Əsas vəzifələr:

  • Anbara daxil olan məhsulların qəbulu və qeydə alınması:
  • Anbara daxil olan məhsulların dövriyyəsinin izlənilməsi;
  • Anbarda mövcud olan (olmayan) məhsullar barədə müvafiq hesabatların hazırlanması;
  • Məhsullarının tamlığnın yoxlanılması, çatışmazlıqlar barədə Departamen rəhbərinə məlumatların verilməsi.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Həftədə 6 iş günü, 1 gün istirahət
  • Karyera yüksəlişi imkanı
  • Ə/h: Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

3. Monitorinq üzrə mütəxəssis

 Son tarix 11 mar 2022 

Tələblər:

  • İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;  
  • 2 il monitorinq, kredit sahəsində təcrübəsi olmalıdır;
  • Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
  • MS Office proqramlarını (xüsusi ilə də MS Excel) yaxşı səviyyədə bilməlidir;
  • Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməlidir;
  • Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
  • Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;
  • Ölkədaxili ezamiyyətlərə getmək imkanı olmalıdır;
  • İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.

Vəzifələri:

  • Monitorinq sənədlərini tərtib etmək;
  • Mövcud müştərilərin maliyyə vəziyətini və nəzərdə tutulmuş şəkildə satış və krediti prosesini vaxtaşırı monitorinq etmək;
  • Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
  • Yeni layihələri təhlil etmək və proqnozlar hazırlanmasında iştirak etmək;
  • Monitorinq nəticəsində asılı olaraq hesabatların hazırlanması və s.

İş şəraiti:

  • Həftədə 5 iş günü, 2 gün istirahət; 
  • Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

4. Operator (call center)

 Son tarix 11 mar 2022 

Tələblər:

  • Təhsil: orta-ixtisas / ali;
  • İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
  • Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
  • Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
  • Kollektivdə işləmək bacarığı;
  • Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

Əsas vəzifələr:

  • Daxil olan telefon zənglərinin cavablandırılması;
  • Kompüterdə zənglərin qeydiyyatını aparmaq;
  • Şirkətin məhsulları haqqında tam məlumatlı olmalı;
  • Müştərilərin verdiyi sualların dolğun və ətraflı şəkildə cavablandırılması;
  • Zəng mərkəzinə gələn təkliflərin və şikayətlərin qəbul edilməsi;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
  • Karyera yüksəlişi imkanı; 
  • Ödənişsiz təlimlər;

5. Mağaza inzibatçısının müavini

 Son tarix 11 mar 2022 

Vəzifə öhdəlikləri:

  • Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
  • Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
  • Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi;
  • Sifarişlərin düzgün idarə edilməsini nəzarətdə saxlamaq;
  • Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
  • Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
  • Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
  • Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək;
  • Mağazanın ümumi idarə edilməsi.

Tələblər:

  • İş təcrübəsi 2 il  
  • Yaş 25 – 40 
  • Ali təhsil 
  • Pərakəndə sektorunda  (Mağaza sahəsində)  ən az 5 il iş təcrübəsi olmalı 
  • Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı  
  • Satış texnikası və prinsiplərini bilmək
  • Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
  • İşgüzar davranış etikası  
  • Xoşgörünüşlü  
  • Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik 
  • Karyerasını satış sahəsində qurmaq istəyi 
  • Azərbaycan Dili (əla) 
  • Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) 1C proqramı

6.Əməliyyatçı

 Son tarix 11 mar 2022 

Tələblər:

  • Təhsil: Ali və ya orta;
  • Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

Əsas vəzifələr:

  • Mağazaya aid olan bütün mədaxillərin və məxariclərin qeydiyyatı və sistemləşdirilməsi;
  • Kassaya daxil olan pul vəsaitlərin qəbulu və qeydiyyatı;
  • Mağaza işlərinin qeydiyyatını aparır, lazımi sənədləri tərtib edir və müəyyən edilmiş hesabatını aparır;
  • Müştərilərə məlumat və məsləhət vermək, onlara mağaza xidmətlərini reklam etmək;

Biz Sizə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;
  • Ödənişsiz təlimlər
  • Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində vakansiyanın adını qeyd edərək CV ilə [email protected] ünvanına müraciət edə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]