Office Lines satınalma üzrə mütəxəssis axtarır

İşəgötürən: Office Lines
Vakansiya: Satınalma üzrə mütəxəssis
Son tarix: 09 oktyabr 2022
Əsas vəzifə öhdəlikləri:
-Təyin edilmiş anbar qalığı və sifarişlər əsasında təchizatçı sifarişlərinin yerləşdirilməsi və təqibi
-Təyin olunmuş məhsullar üzrə təchizatçı bazasını genişləndirmək (məhsulun növündən və xüsusiyyətlərindən asılı olaraq hər kateqoriya üçün 2-3 təchizatçıdan ibarət baza yaratmaq; əgər belə sayda baza artıq mövcuddursa onun daha da genişləndirilməsinə çalışmaq)
-Təchizatçı bazaları və onların qiymət cədvəllərini müntəzəm olaraq yeniləmək
-Təchizatçılarla mütəmadi əlaqədə olmaq, ehtimal edilən/gözlənilən qiymət dəyişiklikləri barədə əvvəlcədən məlumatlı olmaq və buna uyğun müvafiq tədbirlər görmək/planlama aparmaq.
-Öhdəliyində olan kateqoriyalar üzrə yeni məhsulların araşdırılması və alternativlərin tapılması. Müvafiq məlumatların satış şöbəsinə ətraflı şəkildə təqdim olunması
-Öhdəliyində olan kateqoriyalar üzrə anbarda olan satılmayan və ya az satılan kateqoriyasına daxil olan məhsulların izlənməsi və müvafiq hesabatın şöbə müdirinə təqdim edilməsi
-Araşdırılaraq tapılmış hər bir yeni məhsul barədə detallı məlumatlara malik olmaq, onun üstün və zəif tərəflərini bilmək, hazırda aktiv satdığımız məhsulla müqayisəli analizini aparmaq
-Fəaliyyəti ilə bağlı dövri hesabatları hazırlamaq və birbaşa müdirinə təqdim etmək
-Birbaşa müdirin əmək qanunvericiliyinə və əməkdaşı olduğu şöbənin vəzifəsinə uyğun digər tapşırıqlarını yerinə yetirmək
İşə dair tələblər:
-Ali təhsil
-Müvafiq sahədə iş təcrübəsi
-Analitik düşünmə və təhliletmə qabiliyyəti
-Yazılı və şifahi ünsiyyət bacarıqları
Əmək haqqı və digər müavinətlər:
-600-700 AZN aylıq əmək haqqı
-Rüblük bonuslar
-Nahar təminatı, telefon və nəqliyyat xərclərinin qarşılanması
Maraqlanan şəxslər CV-lərinin Jobsearch – Satınalma üzrə Mütəxəssis sözlərini qeyd etməklə göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 gün, 4 saat, 27 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 7 saat, 26 dəq
-
2 gün, 7 saat, 27 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 7 saat, 30 dəq
- 2 gün, 7 saat, 32 dəq