Obyektlərin idarə edilməsi üzrə koordinator axtarılır

İşəgötürən – Facility Management Group
Nə təklif edirik?
Bazar rəqabətinə uyğun əmək haqqı;
Könüllü tibbi siğorta;
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
Bütün qurğuları (telekommunikasiya, istilik, elektrik və s.) və təmir işlərini planlaşdırmaq və əlaqələndirmək;
Təmir və ya təmirə ehtiyacı müəyyən etmək üçün binaların konstruksiyaların yoxlanmasını təşkil etmək;
Kommunal xidmətlərin istehlakını nəzərdən keçirib və xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması;
Parkinq yerinin ayrılması, tullantıların utilizasiyası, binanın mühafizəsi və s. kimi fəaliyyətlərə nəzarət etmək;
Sığorta planlarını və xidmət müqavilələrini idarə etmək;
Maliyyə və qeyri-maliyyə qeydlərinin aparılması.
Tələblər:
Müvafiq sahəyə uyğun təcrübə;
Mühəndislik və texniki sahə üzrə biliklər;
İbtidai mühasibat uçotu və maliyyə prinsiplərini bilmək;
Əla şifahi və yazılı ünsiyyət bacarıqları;
Yaxşı analitik/tənqidi düşüncə;
Rus və ingilis dillərində ünsiyyət bacarığı;
Stresə davamlılıq və problemlərin həll edilməsi bacarığı.
CV-nizi mövzu bölməsində “obyektlərin idarə edilməsi üzrə koordinator” qeyd etməklə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Daxil olan müraciətlər dəyərləndiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 həftə, 2 gün, 5 saat, 3 dəq
- 1 həftə, 2 gün, 5 saat, 6 dəq
- 1 həftə, 2 gün, 5 saat, 7 dəq
- 1 həftə, 2 gün, 5 saat, 19 dəq
- 1 həftə, 2 gün, 5 saat, 20 dəq