OBA marketlər şəbəkəsi SƏTƏM üzrə mütəxəssis axtarır (Gəncə)

İşəgötürən: OBA marketlər şəbəkəsi
Vakansiya: SƏTƏM üzrə mütəxəssis (Gəncə)
Son tarix: 06 avqust 2022
Namizədə dair tələblər:
-Ali təhsil
-İngilis dili biliyi
-MS Office proqram bilikləri
-FHN Sertifikatı
-Sürücülük vəsiqəsi (B-kateqoriya)
-Ezamiyyətə hazır olmaq
Vəzifə öhdəlikləri:
-İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək
-İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək
-Bədbəxt hadisələrin tədqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək
-İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların və lövhələrin siyahısını tərtib etmək
-Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək
-Qurğu və avadanlıqlarına vaxtaşırı sınaqların, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək
-Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək
-İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək
-İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək
-İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək
-Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq
-Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək
Əlavə təminatlar:
-Nahar xidməti
-Korporativ nömrə
-Yanacaq xərci
İş qrafiki:
-İş saatları 09:00 – 18:00;
-Nahar fasiləsi: 13:00-14:00
-Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sətəm üzrə mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 saat, 37 dəq
Tanınmış şirkətə “İnsan resursları üzrə menecer“ tələb olunur -1500 MANATADƏK MAAŞ
- 1 saat, 50 dəq
- 1 saat, 56 dəq
- 5 saat, 22 dəq
- 5 saat, 38 dəq