OBA marketlər şəbəkəsi əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis axtarır

İşəgötürən: OBA marketlər şəbəkəsi
Vakansiya: Əməliyyatlara Nəzarət üzrə Aparıcı Mütəxəssis
Son tarix: 29 avqust 2022
Departament: Daxili Nəzarət
Namizədə dair tələblər:
-Təhsil: Ali təhsil (maliyyə, iqtisadiyyat)
-Kompüter bilikləri: MS Office, 1C
-Dil bilikləri: Rus dili və ingilis dili
-Yaş: 25-35;
-İş təcrübəsi: müvafiq sahədə (audit və.s) minimum 1 il
Vəzifə öhdəlikləri:
-Qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tədqiq edilməsi, uyğunsuzluqların və yaxud saxtakarlıq əlamətlərinin aşkara çıxarılması;
-Daxili və xarici bütün satınalma, təchizat prosesləri üzrə sənədli yoxlamanın təşkili, digər alternativ tədarükçülərin analoji mallar üzrə bazar satış qiymətlərinin araşdırılması və müqayisəli təhlillərin aparılması;
-Xidmət göstərən kənar təşkilatlar üzrə bütün proseslərə dair yoxlamanın təşkili və digər analoji xidmətlərlə müqayisəli təhlillərin edilməsi;
-Cəmiyyət üzrə bütün təsərrüfat və digər xərclərinin analizi, səmərəliliyi və uyğunluğunun yoxlanması;
-Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nətəcələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabatın və uyğun tədbirlər planının hazırlanması, rəhbərliyə təqdim edilməsi.
Əlavə təminatlar:
-Nahar
-Korporativ nömrə
-Servis xidməti
İş qrafiki:
-İş saatları 09:00 – 18:00;
-Nahar fasiləsi: 13:00-14:00
-Şənbə və Bazar istirahət günü
Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcək
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əməliyyatlara Nəzarət üzrə Aparıcı Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
21 saat, 38 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
21 saat, 50 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 22 saat, 26 dəq
- 23 saat, 37 dəq
- 1 gün, 14 saat, 52 dəq