“Novator HRC” şirkətinə mühasib köməkçisi tələb olunur

Mühasib


“Novator HRC” şirkəti mühasib köməkçisi vakansiyası elan edir:

İş barədə məlumat

-Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;

– E-Qaimə fakturalarının yazılması;

– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

– Debitor və kreditorlar üzrə hesablaşmalarının aparılması, aktların tərtib olunması;

– Bank əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi;

– Şirkət rəhbəri və baş Mühasib tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək;

– Azərbaycan Respublikası Vergi və Əmək Məcəlləsi üzrə bilikləri;

-Əmək haqqı 500-600 AZN;

Namizədə tələblər:
– İş təcrübəsi müvafiq sahə üzrə minimum 2 il;
-Yaş həddi 25-35;
– Ali təhsilli (maliyyə,iqtisad təhsil arzu olunandır);
-Excel,1C proqramlarını bilməli;
– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı ;
-Kollevtivlə işləmək bacarığı və  nizam intizam qaydalarına hörmətlə yanaşmalı;
– Telefonla nəzakətli danışıq bacarığı;
– Stressə davamlılıq, müxtəlif tipli insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll etmə bacarığı, lazım olduqda iş vaxtından əlavə qalıb işləməyi bacaran şəxslər;
İş qrafiki:
-Həftə içi 6 gün
Ünvan: Nəsimi rayonu , Abbas Səhhət  küç.40
 
Tələblərə uyğun namizədlər mövzu yerində “Mühasib köməkçisi” yazmaqla öz CV-lərini [email protected] göndərə bilərlər.

“Novator HRC” Əczaçılıq, Tikinti və digər xidmət sahələrində uğurla fəaliyyət göstərən “NOWP Group” -un bir qolu olan “Novator HRC” şirkəti, HORECA sektorunda peşəkar təmizlik sahəsi üçün Avropa Birliyi standartlarına uyğun istehsal olunmuş və müxtəlif laboratoriyalarda sınanmış Kimyəvi Yuyucu vasitələr, Dezinfeksiyaedici (Tibbi Müəssisələrdə) vasitələr, Təmizlik avadanlıqları, Təmizlik Maşınları, Gigiyenik Kağız və digər Təmizlik Məhsullarının təchizatını həyata keçirir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]