Neptun Supermarket CRM üzrə mütəxəssis axtarır

İşəgötürən: Neptun Supermarket
Vakansiya: CRM üzrə mütəxəssis
Son tarix: 14 noyabr 2022
Tələblər:
-Ali təhsil;
-Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;
-CRM sahəsində 1-3 illik təcrübə;
-SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklər;
-Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
-CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;
-Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate, Retention Rate);
-Analiz, problemlərin həlli və qərarvermə;
-Keyfiyyətə fokuslanma;
-Dəqiqlik və təfsilatlara yönümlülük.
Vəzifələr:
-Müştərilərin saxlanılmasına və loyallığının artırılmasına kömək edən CRM strategiyalarının planlaşdırılması və tətbiqi;
-Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
-Gündəlik olaraq müxtəlif metodlardan istifadə edərək hədəf göstəricilərinə çatmaq üçün müxtəlif meyarlara görə müştəri bazasının seqmentasiyası;
-“Customer Journey Map” üzrə qarşılıqlı əlaqə nöqtələrini təhlil etmək və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
-CRM kampaniyaların qurulması, sms, email və zəng siyahıları vasitəsilə üçün birbaşa əlaqə zamanlamasının yaradılması;
-CRM kampaniyaların effektivliyi, məlumat bazasının cari vəziyyəti, yaranmış çətinliklər və s. barədə hesabatların hazırlanması.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “CRM üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Vakansiyalar
- 19 saat, 44 dəq
- 20 saat, 30 dəq
- 21 saat, 8 dəq
- 21 saat, 55 dəq
- 21 saat, 56 dəq