NBCO KredAqro İT mütəxəssisi axtarır
İşəgötürən: NBCO KredAqro
Vakansiya: İT Mütəxəssis
Son tarix: 17 iyul 2022
Əsas vəzifə və öhdəliklər:
-Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
-Baş ofis və filiallar arasında informasiya axını sisteminin düzgün qurulmasını təmin etmək;
-Baş ofis və filiallarda yerləşən texniki vasitələrin, şəbəkənin düzgün qurulmasını və xidmətə yararlığını təmin etmək;
-Zərurət yarandıqda “KredAqro” BOKT MMC-nin nəzdində olan informasiya texnologiyası ləvazimatlarının işə yararlığını təmin etməkdə, şəbəkə və internetə qoşulma ilə bağlı mərkəzi ofis və filiallarda olan problemləri aradan qaldırmaqla İT mühəndisinə yardım etmək;
-Korporativ Elektron poçt (e-mail) və Active Directory xidmətində yeni qeydiyyatların aparılması və daimi dəstəklənməsi;
-Baş ofis və filiallarda yerləşən texniki avadanlıqların vəziyyətini yoxlamaq və yaranmış hər hansı bir problemi həll etmək üçün bütün tədbirləri görmək;
-Müvəqqəti olaraq (20:00-00:00) Bank sistemində gün bağlama prosesini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
-Ali təhsil;
-Qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
-Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şəraiti:
-İş qrafiki: (Bazar ertəsi – Cümə);
-AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
-Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
-Əmək haqqı: 500 azn gross;
-Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (İT Mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.
Vakansiyalar
-
3 gün, 4 saat, 26 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 3 saat, 18 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 3 saat, 52 dəq
- 5 gün, 21 saat, 58 dəq
- 6 gün, 17 saat, 12 dəq