NBA Technologies International LLC zəng mərkəzinin kiçik mütəxəssisi axtarır

İşəgötürən: NBA Technologies International LLC
Vakansiya: Zəng mərkəzinin kiçik mütəxəssisi
Son tarix: 15 iyun 2023
Namizədə dair tələblər:
-Təhsil: Ali təhsil,
-Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
-Dil bilikləri: Azərbaycan və Rus dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
-İş təcrübəsi: Zəng mərkəzi operatoru kimi (call center) 6 aydan az olmayaraq iş stajı.
-Səlis danışıq qabiliyyəti,
-Stresə davamlı, Punktual, məsuliyyətli, ünsiyyətcil, işində çevik və dəqiq olması.
-Komandada işləmək bacarığı;
-Problem həll etmə bacarığı;
-Elektron avadanlıqlardan istifadə etmə bacarığı;
-Qrammatik yazı yazma bacarığı;
-Etik davranış qaydaları biliyi;
Vəzifə öhdəlikləri:
-Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
-Müştəriləri məhsul və xidmətlərlə bağlı konsultasiya etmək, yaranan problemlərin həll olunmasında köməklik göstərmək;
-Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək;
-Statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
-Xidmət keyfiyyətinin ölçülməsi üçün geridönüşlərin edilməsi.
-Müştərilərin istəklərini qeydə alınması və müvafiq şöbəyə yönləndirilməsi;
-Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.
-Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00 (növbəli iş qrafiki müəyyən edilə bilər)
İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza
Əmək haqqı: 450 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “kiçik mütəxəssis (zəng mərkəzi)” adını qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 10 saat, 37 dəq
- 2 gün, 10 saat, 40 dəq
- 3 gün, 3 saat, 55 dəq
- 3 gün, 4 saat, 37 dəq
- 3 gün, 4 saat, 39 dəq