Nar pərakəndə satış üzrə mütəxəssis axtarır
İşəgötürən: Nar
Vakansiya: Pərakəndə satış üzrə mütəxəssis
Son tarix: 01 iyul 2022
Vakansiya haqqında:
Funksiya: B2C Satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 30.06.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
-Fəaliyyət göstərdiyi ərazilərdə satış məntəqələrinin materiallarının çeşidinə, ehtiyatına, xarici və daxili görünüşünə nəzarət etmək;
-Müntəzəm olaraq ona həvalə olunmuş satış nöqtələrini ziyarət etmək, yaranmış çatışmazlıqları aradan qaldırmaq və satış nöqtələrindəki konsepsiyanın şirkətin tələblərinə uyğunluğunu təmin etmək;
-Yeni satış kanallarını axtarmaq, mövcud satış kanallarını inkişaf etdirmək;
-Şirkət və partnyorlar arasında əlaqələrin daima yüksək səviyyədə təşkil etmək və düzgün informasiya mübadiləsini təmin etmək;
-İş prosesi zamanı yaranmış və ya potensial problemləri dərhal analiz edərək yerindəcə həllini təşkil etmək və bu barədə rəhbərliyə məlumat vermək;
-Rəhbərlik tərəfindən həvalə olunmuş bütün tapşırıqları və təyin olunmuş hədəflər vaxtı vaxtında yerinə yetirmək;
-Tələb edilən gündəlik, həftəlik, aylıq və rüblük hesabatları tərtib etmək.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
-Ali təhsil;
-Pərakəndə satış və ya merçendayzinq sahəsində ən azı 2-3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
-Əsaslı təhlil aparma qabiliyyəti
-Detallara diqqət yetirmə qabiliyyəti
-Qərar qəbul etmə bacarığı
-Danışıqlar apara bilmək qabiliyyəti
-Nəticə yönümlü
-Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dili biliyi
-MS Office Proqramlarını bilmək
‘-’B’’ kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 5 saat, 40 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 6 saat, 35 dəq
- 7 ay, 2 həftə, 2 gün, 8 saat, 28 dəq
- 10 ay, 3 həftə, 3 saat, 13 dəq
-
11 ay, 1 gün, 22 saat, 44 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır