“Nar” pərakəndə satış üzrə mütəxəssis axtarır

Mütəxəssis


Diler satış nöqtələri üzrə satış fəaliyyətini idarə edərək satış prosedurlarını təkmilləşdirəcək, yeni satış nöqtələrini araşdıraraq mövcud satış kanallarını inkişaf etdirəcək və təyin olunmuş hədəfləri vaxtında yerinə yetirəcək pərakəndə satış üzrə mütəxəssis axtarılır.

Vakansiya haqqında
Funksiya: B2C satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 30.06.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
-Fəaliyyət göstərdiyi ərazilərdə satış məntəqələrinin materiallarının çeşidinə, ehtiyatına, xarici və daxili görünüşünə nəzarət etmək
-Müntəzəm olaraq ona həvalə olunmuş satış nöqtələrini ziyarət etmək, yaranmış çatışmazlıqları aradan qaldırmaq və satış nöqtələrindəki konsepsiyanın şirkətin tələblərinə uyğunluğunu təmin etmək
-Yeni satış kanallarını axtarmaq, mövcud satış kanallarını inkişaf etdirmək
-Şirkət və partnyorlar arasında əlaqələrin daima yüksək səviyyədə təşkil etmək və düzgün informasiya mübadiləsini təmin etmək
-İş prosesi zamanı yaranmış və ya potensial problemləri dərhal analiz edərək yerindəcə həllini təşkil etmək və bu barədə rəhbərliyə məlumat vermək
-Rəhbərlik tərəfindən həvalə olunmuş bütün tapşırıqları və təyin olunmuş hədəflər vaxtı vaxtında yerinə yetirmək
-Tələb edilən gündəlik, həftəlik, aylıq və rüblük hesabatları tərtib etmək.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
-Ali təhsil

-Pərakəndə satış və ya merçendayzinq sahəsində ən azı 2-3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
-Əsaslı təhlil aparma qabiliyyəti
-Detallara diqqət yetirmə qabiliyyəti
-Qərar qəbul etmə bacarığı
-Danışıqlar apara bilmək qabiliyyəti
-Nəticə yönümlü
-‘’Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dili biliyi
-MS Office Proqramlarını bilmək
-‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Pərakəndə satış üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Həmçinin linkə keçid edib CV-nizi birbaşa göndərə bilərsiniz.

-tibbi sığortalı rəsmi iş

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]