Nar ön ofislər üzrə mütəxəssis axtarır
İşəgötürən: Nar
Vakansiya: Ön ofislər üzrə mütəxəssis
Son tarix: 13 sentyabr 2022
Vakansiya haqqında:
Funksiya: B2C Satış
İş qrafiki: Növbəli
Son müraciət tarixi: 12.09.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
-Müvafiq təlimata əsasən müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək
-Müştəri sorğularını araşdırmaq və həll etmək
-Müvafiq satış əməliyyatlarını yerinə yetirmək
-Daxil olan sorğuları qeydiyyata almaq və müvafiq şöbələrə yönləndirmək
-Müvafiq hesabatlar hazırlamaq
-Təyin olumuş hədəfləri (aylıq) yerinə yetirmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
-Ali və ya peşə məktəbi/orta ixtisas təhsili
-Müştəri xidmətləri və satış üzrə təcrübə üstünlük hesab olunur
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
-Problem həll etmə bacarığı
-Təzyiq altında işləmə bacarığı
-Ünsiyyət qurma bacarığı
-Çevik
-Azərbaycan (səlis), Rus (səlis) və İngilis (orta) dillərini bilmək
-MS Office proqramlarını bilmək
Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Ön ofislər üzrə mütəxəssis”qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 4 həftə, 3 saat, 4 dəq
- 2 ay, 4 həftə, 4 saat, 57 dəq
- 6 ay, 1 gün, 23 saat, 42 dəq
-
6 ay, 1 həftə, 6 gün, 19 saat, 13 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 2 həftə, 4 gün, 3 saat, 11 dəq