Nar brend və reklam işi üzrə mütəxəssis axtarır
İşəgötürən: Nar
Vakansiya: Brend və reklam işi üzrə mütəxəssis
Son tarix: 22 oktyabr 2022
Vakansiya haqqında:
İş qrafiki: Standart
İş müddəti: Daimi
Son müraciət tarixi: 07.10.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
-Müvafiq zaman çərçivəsində fərqli miqyaslı ATL və BTL kampaniyalarını hazırlamaq, idarə etmək və uğurla icra etmək
-Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün reklam agentliklərinə dəqiq və aydın briflər hazırlamaq
-Həyata keçirilən layihələr üzrə müvafiq marketinq ünsiyyət layihəsi cədvəlləri və hesabatları hazırlamaq
-Layihələr üzrə müvafiq məlumatların yerləşdirilməsini təmin etmək
-Müxtəlif kommunikasiya kanalları üçün Azərbaycan, Rus və İngilis dillərində düzgün məhsul mesajları və mətnləri hazırlamaq
-Yeni ideyalarla əlaqədar görüşlərdə iştirak etmək və kreativ kampaniyalar üçün təkliflər irəli sürmək
-Agentlik və vendorlar ilə əməkdaşlıq etmək
-Bütün reklam materialları üzrə məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq
-Məlumatların brend qaydalarına uyğun olmasını və məlumatın hər yerdə eyni tərzdə təqdim olunmasını təmin etmək məqsədilə reklam materiallarında mütəmadi yoxlamalar həyata keçirmək
-Departamentlər, bölmələr arasında məzmunun idarə edilməsini və məlumat mübadiləsini əlaqələndirmək və idarə etmək.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
-Ali təhsil
-Brend və ya reklam işi sahəsində ən azı 2 il iş təcrübəsi (Xarici şirkətlərlə işləmə təcrübəsi üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
-Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
-Vendorlarla işləmə bacarığı
-Performansı və brend qaydalarını qorumaqla eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
-Təşkilatçılıq bacarığı
-Vaxtın düzgün idarə olunması bacarığı
-Təzyiq altında işləmə bacarığı
-Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
-MS Office proqramlarını bilmək
Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Brend və reklam işi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
8 saat, 39 dəq
Valutazione winnitta: interfaccia utente e funzionalità essenziali
- 17 saat, 15 dəq
-
17 saat, 23 dəq
Wingaga CZ bonusy – kompletní průvodce podmínkami a výhodami
- 17 saat, 23 dəq
-
17 saat, 23 dəq
Wingaga Casino App – kompletní průvodce funkcemi, bonusy, platbami a bezpečností