“Müqavilələr üzrə kiçik mütəxəssis” axtarılır

Mütəxəssis

pmdvakansiya


PMD Projects MMC “Müqavilələr üzrə kiçik mütəxəssis” vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

– Müqavilələrin hazırlanmasını, bölmələrin toplanmasını təmin edir və Aconex-ə düzgün yüklənməsini müqavilə inzibatçısının təsdiqindən sonra təmin edir;

– Layihədə görülən işlər üzrə Layihə rəhbərinin və (və ya) kommersiya rəhbərinin tələbi ilə iş təlimatlarının verilməsini, uyğunluqsuzluq aktlarının verilməsini, məktubların, bildirişlərin verilməsini təmin edir, layihə rəhbəri tərəfindən bu məktubların icrasının nəzərdə saxlanması üçün töhfə verir və Müqavilə inzibatçısına məruzə edir;

– Müəssisələr tərəfindən təqdim edilmiş bank qarantiyalarının müqavilə əlavəsində olan bank qarantiyasına uyğun olmasının yoxlanması, əgər uyğun olarsa orjinalın mərkəzə göndərilməsini təmin edir və Müqavilə inzibatçısına məruzə edir;;

– Göndərilən və ya qəbul edilən sənədlərin qeydiyyatının aparılmasına nəzarət edir;

– Tender paketinin formalaşdırılıması zamanı düzgün müqaviləni Müqavilə inzibatçısının təsdiqindən sonra təqdim edir, tender üçün – Müqaviləyə əlavə və dəyişikliklərin hazırlanması, müqavilə dəyişikliyi qaydasına uyğun olaraq bu dəyişikliklərin həyata keçirilməsini təmin edir;

– Müqavilə inzibatçısı tərəfindən verilən tapşırıqları yerinə yetirir;

– Qarşı firmalar ilə bağlanmış müqavilə şərtlərinə firmalar riayət etməzsə cərimə və digər təminat tədbirlərinin həyata keçirilməsinə nəzarət edir;

– Qarantiya müddətlərinin izlənməsi;

– Layihə rəhbəri tərəfindən verilən aidiyyəti göstərişləri təmin etmək və zəruri toplantılarda iştirak etmək;

Tələblər:

– Ali təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi

– İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi

– Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili– yaxşı

– Kompüter bacarıqları: MS Office, AutoCAD

Maraqlanan şəxslərdən CV – lərini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.


©️ 2022

070 231 45 70

[email protected]