Mühasib-Xəzinədar axtarılır

Mühasib


İşəgötürən – Novas Agro



İş şəraiti:

İş yeri Zirə qəsəbəsində yerləşir;

6 günlük iş qrafiki;

Saat 08:30-17:30; şənbə günləri qısa iş günü

Əmək haqqı: müsahibə əsasında namizədin bilik bacarığına görə dəyişir:1000-1200 AZN.

Nahar şirkət tərəfindən təmin edilir;

İşə gedib gəlməkçün servislə təmin olunur (Koroğlu m/s)

Vəzifələr:

Aylıq, rüblük, illik statistik hesabatların verilməsi,

Yük gömrük bəyannamələrinin hazırlanması üçün broker şirkətə təqdim olunacaq sənədlərin hazırlanması,

Qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması,

İxraca gedən maşınlar üçün Fitosanitar sertifikatın alınması, ödənişlərin edilməsi, Fumqasiya aktının tərtib edilməsi, maşınların dərmanlaması üçün müraciət və bu xidmətlərin ödənişi,

Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi,

Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi,

 Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s uçotunun həyata keçirilməsi.

Pul vəsaitlərinin və qiymətli kağızların, onların mühafizəsi qaydalarına mütləq riayət edilməklə, qəbulu, verilməsi, ucotu və saxlanılması üzrə əməliyyatları həyata keçirir.

İşcilərə əmək haqqı, mükafatlar, ezamiyyət odənişləri və digər xərclərin verilməsi ucun bank muəssisələrində müəyyən edilmiş qaydalara uyğun olaraq rəsmiləşdirilmiş sənədlər uzrə pul vəsaitlərini və qiymətli kağızları alır.

Mədaxil və məxaric sənədləri əsasında xəzinə kitabını aparır, nağd pul vəsaitlərini və qiymətli kağızları kitabdakı qalıqlarla tutuşdurur.

Yeniləri ilə əvəz edilməsi məqsədi ilə bank müəssisəsinə verilmək ucun köhnə kupyuraların, eləcə də müvafiq sənədlərin siyahısını tərtib edir.

Tələblər:

Təhsil: Maliyyə sahəsi üzrə ali və ya orta  ixtisas təhsili

Təcrübə: Analoji sahə üzrə ən azı 1 il iş təcrübəsi, Aqro sahədə (Kənd təsərrüfatı) iş təcrübəsi arzuolunandır

1C proqramında işləmək bacarığı;

Məsuliyyətli, kollektivdə işləmə bacarığı;

CV – lərinizi mövzunun başlığı alıtnda   [email protected]   adresinə göndərin

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]