Mühasib tələb olunur
İşəgötürən – Buta Group
· İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
· İş qrafiki : Həftədə 5 gün, 9:00 – 18:00.
· Əmək haqqı: 800 – 1000 azn
Vəzifə öhdəlikləri
· Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edir;
· Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir;
· Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edir,onların mühasibat standardlarına uyğun uçotunu təmin edir;
· Əsas vəsaitlərin uçotunu aparır,amortizasiya hesablayır və qalıq dəyərlərini müəyyən edir;
· Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatını iqtisadi cəhətdən əsaslandırılmış tərtibini həyata keçirir;
· Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirir,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorları araşdırır,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırır və faktiki əməliyyatların icra mexanizminə nəzarət edir;
· Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak edir,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin edir;
· Maliyyə hesabatlarının hazırlayır (Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s;
· Büdcə hesabatlarını hazırlayır və izləyir;
· Büdcə və pul axınının analiz edir və hesabat hazırlayır;
· Xərclər hesabatını (cost reports) hazırlayır və izləyir;
· Qiymət məlumat bazasını (Cost database) hazırlayır və izləyir;
· Pul axınının hərəkətini (Cash flow) hazırlayır və izləyir;
· Layihələr üzrə xərclərin bölüşdürülməsini icra edir və onlara nəzarət edir;
Bilməlidir
· Elektron Portalda və Vergi Məcəlləsi, Əmək məcəlləsi ilə işləmək bacarığı;
· MS Office, 1 C kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı.
Təhsil və iş təcrübəsi
· Təhsili: Ali təhsil (Maliyyə, Mühasibat uçotu, )
· İş təcrübəsi: Müvafiq sahədə 5 il
· Kompüter biliyi: MS Office proqramları
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Mühasib” qeyd etməyi unutmayın.
Vakansiyalar
- 1 gün, 23 saat, 3 dəq
- 2 gün, 19 saat, 32 dəq
- 3 gün, 16 saat, 10 dəq
-
4 gün, 11 saat, 47 dəq
Bitcoin bonus overview and options for South African players
-
4 gün, 11 saat, 47 dəq
Casino uden KYC – guide til fordele, ulemper, bonus og hurtig registrering