Mover LLC maliyyə üzrə aparıcı mütəxəssis axtarır

İşəgötürən: Mover LLC
Vakansiya: Maliyyə üzrə aparıcı mütəxəssis
Son tarix: 20 iyun 2022
Vəzifə öhdəlikləri:
-Şirkətin aylıq(rüblük,illik) maliyyə nəğd pulun hərəkəti proqnozlarının hazırlanması, cash flow hesabatının hazırlanması
-Əməliyyat xərcləri ilə bağlı sənədlərin büdcə nəzarəti prosedurlarına uyğun olaraq günlük yoxlanılması və təsdiqi
-Maliyyə hesabatlarının analitik təhlilinin aylıq şəkildə həyata keçirilməsi
-Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarlarının qəbul edilməsi prosesini dəstəkləmək
-Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək
-Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək
-Kreditorlarla hesablaşmaların aparılması
-Vaxt aşırı kreditorlarla üzləşmə aktlarının tərtibi və üzləşmələrin aparılması
-ƏDV bəyannaməsinin hazırlanması və əvəzləşməsinin edilməsi
-ÖMV bəyannaməsinin hazırlanması və göndərilməsi
-Mənfəət bəyannaməsinin hazırlanması
-Digər lazımi bəyannamələrin tərtib edilməsi və vergi orqanlarına göndərilməsi
-Vergi orqanları ilə yazışmalar, yaranmış uyğunsuzluqları aradan qaldırmaq, kameral məktubların cavablandırılması
-Vahid muzdlu bəyannamə hesabatının hazırlanması və göndərilməsi
-Bütün növ statistika hesabatlarının hazırlanması və aidiyyatı quruma göndərilməsi
-Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
-Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi, bank qalıqlarına gündəlik nəzarət
-Kassa əməliyyatların icrasına nəzarət, kassa qalıqlarının gündəlik yoxlanışı
-Bütün xərc maddələrinə nəzarət etmək, onların təyinatı üzrə təsnifatlaşdırmaq
-Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması;
-İşçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
-Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi;
-Şirkətin daxili və xarici bank köçürmələrinin icrası;
-Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması;
-Online kargüzarlıq və e-qaimə portallarında işlərin görülməsi;
-Vergilər Nazirliyi, DSMF və s. dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsi;
-Hesablarda mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsinin həyata keçirilməsi, bu barədə birbaşa rəhbərinə məlumat və hesabat verilməsi.
Tələblər:
-Təhsil: Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
-İş təcrübəsi: Bu sahə üzrə 2 ildən çox iş təcrübəsi;
-Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə biliklər;
-MS Office (güclü səviyyədə Excel) bilikləri;
-Beynəlxalq daşıma və ya gömrük sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə üzrə aparıcı mütəxəssis” qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 2 saat, 36 dəq
- 2 gün, 2 saat, 38 dəq
- 2 gün, 2 saat, 40 dəq
- 2 gün, 2 saat, 43 dəq
- 2 gün, 2 saat, 47 dəq