MOGAN Hotel xərclərə nəzarət üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: MOGAN Hotel

Vakansiya: Xərclərə nəzarət üzrə mütəxəssis

Son tarix: 09 iyul 2022

Namizədə tələblər:

-Cinsi: Xanım və bəy namizədlər 

-Yaş: 20-50

-Qrafik: 5 iş günü 2 gün istirahət.

-Nahar şirkət tərəfindən verilir.

-Restoran və ya otel sahəsində (cost controller ) üzrə azı 2 il iş təcrübəsi;

-Rus və ingilis dili orta səviyyədə bilməlidir.

-Əmək haqqı  müsahibə əsasında 

Görəcəyi iş:

-Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;

-Məhsulların norma və faktiki maya dəyəri üzrə hesabatların tərtib və təqdim olunması;

-Qiymət məlumat bazasının hazırlanması və Satış qiymətlərinin formalaşması prosesində aktiv iştirak;

-Dövri təhlillərin aparılması və nəticlərin rəhbərliyə təqdim edilməsi. Mümkün xərc azalmaları ilə bağlı təkliflərin hazırlanması. 

-İstehsal prosesindı itkilərin araşdırılması və itgilərin minimum endirilməsi üçün prosedurlara icra edilməsinə nəzarət

-Sənədlər üzrə xərclərin mühasibat uçotuna uyğun uçotunun aparılması;

-Mühasibat uçotu standartlarına və Şirkətin daxili qaydalarına uyğun olaraq bütün şöbələrin xərclərinə nəzarət;

-Anbar hərəkətlərinə nəzarət, Anbardarın apardığı əməliyyatlara nəzarət və sistemə düzgün daxil edilməsinin təşkili.

-Aylıq (lazım gələrsə aralıq dövrlər üzrə) sayımların aparılmas faktiki və mühasibat uçotu qalıqlarının üzrləşdirilməsi və itgilərin araşdırılması həmçinin itgilər üzrə müvafiq səndlərin tərtibi və mühasibat uçotunda əks etdirilməsi.

-Bütün mal material hərəkətinin gündəlik olaraq mühasibat uçotuna uyğun hesablarda əks etdirilməsi və qalıqlarla bağlı dövri hesabatların hazırlanması

CV-ləri [email protected] e-mail ünvanına göndərə bilərsiz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]