MKT İstehsalat Kommersiya MMC işə qəbul üzrə mütəxəssis axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: İşə qəbul üzrə Mütəxəssis
Son tarix: 08 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
-Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
-Gündəlik müsahibə cədvəlinin aparılması;
-Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
-Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın verilməsi;
-Müsahibə nəticələrinin qeydiyyatının aparılması;
-İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
-İşə qəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
-Şirkətin işə qəbul siyasətinə riayət olunmasını təmin etmək;
-İşçi qüvvəsinin planlaşdırılmasında iştirak etmək;
-İşəqəbul hesabatlarının hazırlanması;
-Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
-İşə qəbul sahəsində 3-5 il iş təcrübəsi;
-Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
-Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
-Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
-Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
-Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
-Operativ və düzgün qərar vermək bacarığı;
-Problemləri həll etmə bacarığı.
-İngilis və rus dili arzu olunandır;
-ATS platformalarla tanışlıq və ya təcrübə üstünlükdür
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Beş günlük iş həftəsi
-İş yeri: Baki şəhəri, Qafqaz Business Center
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
2 gün, 3 saat, 55 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 54 dəq
-
2 gün, 6 saat, 55 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 58 dəq
- 2 gün, 7 saat