MKT İstehsalat Kommersiya MMC insan resursları üzrə aparıcı mütəxəssis axtarır (Sumqayıt)

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: İnsan resursları üzrə aparıcı mütəxəssis (Sumqayıt)
Son tarix: 01 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Şirkət əməkdaşlarının aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablamaq və ödənilməsi;
-İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsi;
-Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişləri hesablamaq və vaxtında ödənilməsi;
-Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və tabel formalaşdırmaq;
-Əmək haqqı kartlarının işçilərə təhvil verilməsini təmin etmək;
-Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq.
-Yeni işə qəbul edilən işçilərin bütün sənədləşmə işini təşkil etmək;
-Vəzifə dəyişikliyi, əmək haqqı dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək;
-Elektron hökumət portalında yeni işçilərin əmək müqavilələrinin bağlanılması, dəyişdirilməsi və xitam verilməsi barədə bildirişlərini qeydiyyata almaq;
-İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini təmin etmək;
-İlik məzuniyyət qrafikinin hazırlanması və təsdiqindən sonra icrasını təmin etmək;
Tələblər:
-Ali təhsil
-Qeyd edilən vəzifədə ən azı 3 il iş təcrübəsi;
-Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
-Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
-Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
-Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
-Operativ və düzgün qərar vermək bacarığı;
-Problemləri həll etmə bacarığı;
-İngilis və rus dili arzu olunandır;
-Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz/
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 saat, 2 dəq
- 2 saat, 4 dəq
- 2 saat, 19 dəq
- 2 saat, 21 dəq
- 2 saat, 35 dəq