“Millikart” “Dələduzluqla mübarizə qrupunun kiçik mütəxəssisi” axtarır

Mütəxəssis


“Millikart” LLC “Dələduzluqla mübarizə qrupunun kiçik mütəxəssisi” vəfizəsi üzrə vakansiya elan edirik.

Vəzifə öhdəlikləri:

– Kredit/debit kartı, POS terminal, internet bankçılıq/mobil bankçılıq, kənar kanallardan gələn ödəniş əməliyyatlarının doğruluğunu və müştərilər tərəfindən və ya müştərilərin məlumatları daxilində icra olunduğunu müəyyən etmək məqsədilə departament rəhbəri tərəfindən açıqlanan və ssenarilərin risk dərəcələrinə görə nəzərdə tutulmuş tədbirləri (müştərinin mobil və ya ev telefonuna zəng, müştəri ziyarəti, davamlı analiz, və sair) həyata keçirmək;

– Kredit kartı/debit kartı, POS terminal, internet bankçılıq/mobil bankçılıq üzrə fırıldaqçılığa məruz qalan müştərilərin əməliyyatlarını bankın prosedurlarına uyğun icra etmək, müştərilərin məlumatlandırılmasını və şikayətlərinin cavablandırılmasını təmin etmək, lazım olduqda kart və ya POS terminal statuslarını bağlamaq;

– Qeyri iş günləri və qeyri iş saatlarında ATM əməliyyatlarının təhlükəsizliyini təmin etmək məqsədilə lazımi tədbirləri həyata keçirmək;

– Təyin olunmuş təlimata, meyarlara əsasən zəngləri cavablandırmaq;

– Müştəri çətinliyini müvafiq şöbəyə yönləndirmək;

– Fırıldaqçılığın qarşısını almaq üçün, əvvəldən ehtimal olunan fırıldaqçılıq hallarını müəyyən etmək və bunları aşkarlamaq üçün lazımlı yoxlamaları icra etmək;

Namizədə olan tələblər:

–  Ali Təhsil (üstünlükdür)

–  Hərbi xidməti bitirmiş bəy namizədlər (20-30)

–  Bank sahəsində 1 il iş təcrübəsinin olmasına üstünlük verilir

–  Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dili-arzuolunandır.

–  Komandada işləmə bacarığı olmalı

–  Məsuliyyətli, səliqəli, səbrli, operativ, dürüst olmalı

–  Microsoft Office proqramlarını bilməli

İş haqqında məlumat:

İş saatları və iş günü: Həftəlik iş saatı 40 saat; 2 növbəli qrafiklə

Müraciət etmək istəyən namizədlər CV-ləri “Dələduzluqla mübarizə qrupunun kiçik mütəxəssisi” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]