Micro Tech təchizat üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Micro Tech

Vakansiya: Təchizat üzrə mütəxəssis

Son tarix: 17 iyul 2022

Əsas vəzifə və öhdəliklər:

-Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;

-Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq

-Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;

-Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;

-Alınan malların keyfiyyətinə nəzarət edilməsi

-Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;

-Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

-Gündəlik işlərin planlaşdırılması və analizi;

Tələblər:

-Ali təhsil;

-İngilis dili biliyi vacibdir;

-Rus dili arzuolunandır.

-MS Office proqramları üzrə biliklər;

-IT məhsulları haqqında biliklər olması şərtdir.

-Bazarı təhlil etmək bacarıqı

-Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq

-Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları

-Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları

-Satınalma və təchizat sahəsində iş təcrübəsi

İş şəraiti:

-İş rejimi – həftədə 5 günlükdür

-İş saatları – 09.00-18.00

-1 saatlıq nahar fasiləsi

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Əmək haqqı: 700-900 AZN (müsahibə əsasında namizədə uyğun dəyişə də bilər)

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] e-mail ünvanına göndərməlidirlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]