Meyvə istehsalçısı mühasib (Qusar) axtarır

Mühasib


İşəgötürən: Amoris şirkəti

Vakansiya: Mühasib (Qusar)

Son tarix: 11 may 2022 

Vəzifə öhdəlikləri:

-Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək

-Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək

-Proqram üzrə mühasibat yazılışlarının verilməsi 

-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək

-Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi 

-Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması 

-Hesabatların hazırlanması və təqdim olunması 

-Elektron Verqi Hesab Faktura,Qaimə Faktrura,Hesab Fakturalarının işlənməsi 

-Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması 

-İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması 

-Kreditor və debitorlar ilə üzləşmələrin aparılması

-Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi 

-İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi

Tələblər:

-Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)

-Maliyyə və mühasibatlıq sahəsində  5  ildən az olmayaraq iş təcrübəsinə malik olmalı

-Microsoft Office proqramlarında (xüsusi ilə MS Excel) yüksək səviyyədə işləmə bacarığına malik olmaq 

-1C Proqramında işləmə təcrübəsi 

-Yüksək analitik, idarəetmə və ünsiyyət bacarıqlarına malik olmaq

-Yüksək korporativ ünsiyyət, komanda ilə işləmək və komanda quruculuğu bacarığına malik olmaq 

-Azərbaycan dili səlis, İngilis  və rus dili arzuolunandır

-İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;

Quba, Qusar , Xaçmaz bölgələrindən olan kandidatlara üsünlük veriləcək.

Maraqlnan namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Mühasib ” qeyd edərək göndərə bilər.

“Amoris” meyvə-tərəvəz istehsalı ilə məşğuldur. Meyvə çeşidləri arasında alma, armud, gavalı, albalı, nektarin, şaftalı və ərik növləri mövcuddur.
Ünvan
Luxen Plaza, 7-ci mərtəbə Nəsimi rayonu, Xətai pr., 34, Bakı,Azərbaycan AZ 1011
Əlaqə nömrəsi
+994 12 489 8550 , +994 50 254 9392
Vebsayt
www.amoris.az

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]