“Məhsulların idarə edilməsi üzrə aparıcı mütəxəssis” tələb olunur
Baktelecom MMC Məhsulların idarə edilməsi üzrə aparıcı mütəxəssis vakansiyası elan edib.
İş barədə məlumat:
– Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
– Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də GTM strategiyalarının icrası;
– Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
– Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
– Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
– Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;
– Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
– Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
– Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə Satış şöbəsi ilə yaxından əməkdaşlıq etmək;
Tələblər:
– Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
– MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək;
– Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
– Azərbaycan, Rus, İngilis dilləri;
– Sahə üzrə minimum 3 il (əsasən B2C istiqamətli);
– Analiz və təhlil bacarığı;
– Təqdimat bacarığı;
– Problem həlli bacarıqları;
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Məhsulların idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
13 saat, 5 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
3 gün, 18 saat, 54 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 17 saat, 46 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 18 saat, 20 dəq
- 6 gün, 12 saat, 26 dəq