“Məhsulların idarə edilməsi üzrə aparıcı mütəxəssis” tələb olunur

Baktelecom MMC Məhsulların idarə edilməsi üzrə aparıcı mütəxəssis vakansiyası elan edir!
İş barədə məlumat:
– Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
– Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də GTM strategiyalarının icrası;
– Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
– Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
– Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
– Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;
– Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
– Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
– Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə Satış şöbəsi ilə yaxından əməkdaşlıq etmək;
Tələblər:
– Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
– MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək;
– Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
– Azərbaycan, Rus, İngilis dilləri;
– Sahə üzrə minimum 3 il (əsasən B2C istiqamətli);
– Analiz və təhlil bacarığı;
– Təqdimat bacarığı;
– Problem həlli bacarıqları;
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Məhsulların idarə edilməsi üzrə aparıcı mütəxəssis”qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 4 gün, 3 saat, 11 dəq
- 4 gün, 8 saat, 52 dəq
- 4 gün, 8 saat, 56 dəq
- 4 gün, 9 saat, 2 dəq
- 5 gün, 8 saat, 18 dəq