“Maqro Construction Azerbaijan” anbardar axtarır (Gəncə)

Anbardar


Maqro Construction Azerbaijan Anbardar vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət: Maqro Construction Azerbaijan

-Maaş: 700₼

-Staj:  2 il

-Yaş:  24 — 45 yaş

-Təhsil: Natamam ali təhsil (bakalavr)

-E-mail:  [email protected]

-Elan bitmə tarixi: 16.10.2022

Vəzifə üzrə öhdəliklər:

-Anbara bütün mədaxil, məxaric və digər əməliyyatların proqramda işləmək və proqramda müvafiq məlumatlar almaq,

-Anbardar muxtəlif material qiymətlilərinin – yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata kecirmək;

-Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlamaq;

-Material qiymətlilərinin novləri, keyfiyyəti, təyinatı və digər əlamətləri uzrə boluşdurulməklə, əl və ya alətlər, xususi mexanizmlər vasitəsi ilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin etmək;

-Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil etmək;

-Material qiymətlilərinin qorunmasını təmin etmək;

-Anbar daxilində yuklərin yuklənməsi və boşaldılması uzrə işlərə rəhbərlik etmək;

-Material qiymətlilərini sifarişlər uzrə komplektləşdirmək;

-Nasaz alətlər, cihazlar və s. ucun qusur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktları tərtib etmək;

-Anbarda saxlanılan material qiymətlilərinin ucotunu və onların hərəkəti uzrə hesabat sənədləşdirməsini aparmaq;

İnventarlaşdırmanın aparılmasında iştirak etmək.

Tələblər:

-Müvafiq sahədə ən az 2 il iş təcrübəsi;

-MS Office proqramları

-Hər hansı ERP proqramında praktiki təcrübə (1C, Logo, Micro, Tiger, SAP və s)

-Güclü riyazi hesablama bacarıqları;

-Güclü ünsiyyət bacarıqları;

-Analitik təhlil etmə qabiliyyəti.

İş şəraiti:

-İş qrafiki: həftədə 6 gün, həftəlik 40 saat;

-Gəncə şəhəri və ətrafı bölgələrdə yaşayanların müraciətləri diqqətə alınacaq;

-Əmək haqqı başlanğıc: 700 AZN

Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına, mövzu hissəsində “Anbardar (Gəncə)” qeyd edərək göndərə bilərlər.

Maqro İnşaat, inşaat sektorunu yaradıcı bir sahə olaraq gördüyü üçün Maqro Qrupunun aparıcı qüvvəsidir.
Maqro Qrup olaraq biz Gürcüstanda inşaat və inkişaf, otel və yaşayış, mebel istehsalı, pərakəndə satış və qida sektorlarında fəaliyyət göstərən beş ən böyük xarici investorlardan biridir.
Green Budapest və Green Diamond yaşayış kompleksləri; Mercure Tbilisi Old Town və Ibis Styles Tbilisi Center otelləri; Glorya mebel istehsalı fabriki və Bellissa mebel mağazası; Madamme Coco ev aksessuarları mağazası; Dinehall restoranı.
Bu cür uğurlu layihələrin əsas təkanverici qüvvəsi həyatın və fəaliyyətin bütün sahələrində yüksək keyfiyyət standartlarını təmin edən Smart Yaşam və Smart İş konsepsiyalarıdır. Buna görə də şirkət müştərilərinə və işçilərinə ən yaxşı xidmət və iş şərtlərini təklif edir. Bu, təkcə Maqro Qrupun imici deyil, həm də onun kredosu, başqa sözlə desək, etibar mənbəyidir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]