Mal material uçotu üzrə aparıcı mühasib axtarılır (Sumqayıt)

“Veliev LLC” mal material uçotu üzrə aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.
-Elan tarixi: 15.04.2022
-Bitmə tarixi: 15.05.2022
-Şirkət: Veliev LLC
-Ərazi: Sumqayıt
-Əmək haqqı: Müsahibə əsasında
-Staj: 3 il
-Yaş həddi: 24 — 45 yaş
-Təhsil: Natamam ali təhsil (bakalavr)
-İş rejimi: Tam iş günü (6 gün)
Müqavilə: Əmək müqaviləsi
-E-mail: [email protected]
Vəzifə öhdəlikləri:
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
Sistemə yeni mal-materialın adlarını daxil edilməsi;
Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
Məhsullar üzrə mal-materialın maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir;
Məxfilik prinsiplərini pozmamaq.
Tələblər:
İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
İstehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı;
Müvafiq sahə üzrə sertifikatları olmalı;
Logo sistemi üzrə bilik və təcrübələri olmalı,
MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi sahib olmalı;
Sumqayıt şəhərində yaşamalı
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi
Əmək haqqı: müsahibə əsasında təyin olunur
İş yeri: Sumqayıt
Əlaqə nömrəsi:051-201-61-36
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Mal-material uçotu üzrə aparıcı mühasib” qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.
– “VELİEV” şirkəti 2005-ci ildə PVC qapı-pəncərə profillərinin istehsal edilməsi məqsədi ilə quruldu.
Vakansiyalar
- 5 saat, 26 dəq
- 4 gün, 9 saat, 28 dəq
- 4 gün, 15 saat, 9 dəq
- 4 gün, 15 saat, 13 dəq
- 4 gün, 15 saat, 19 dəq