“M Bulak BOKT”a baş mühasib tələb olunur
İşəgötürən – M Bulak BOKT MMC( Bank olmayan kredit təşkilatı)
Vəzifə – Baş mühasib
Tələblər:
-Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
-Maliyyə-mühasibatlıq sahəsində, o cümlədən rəhbər vəzifələrdə ən azı 3 il iş staj.
-Mühasibat barədə qanunvericiliyi;
-Maliyyə, vergi və təsərrüfat qanunvericiliyini;
-Müəssisənin strukturunu, onun inkişafının strategiya və perspektivlərini;
-Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qayda və muddətlərini;
-Yoxlama və sənədli təftişin aparılması qaydasını;
-Mühasibat uçotunun təşkilinin təkmilləşdirilməsi üzrə qabaqcıl ölkə və xarici təcrübəni;
-Əmək qanunvericiliyinin əsaslarını, daxili intizam qaydalarını, əməyin mühafizəsinin norma və qaydalarını bilməlidir.
-Azərbaijan dili – sərbəst;
-Rus dili – sərbəst;
-İngilis dili – orta.
-MS Office, 1С:Mühasibatlıq, Vergi hesabatları, BTP
Öhdəlikləri:
-Şirkətin Baş ofisinin/filiallarının mühasibat uçotunun təşkilini və ona nəzarəti həyata keçirir;
-Kredit portfeli uçotunun məlumatları ilə maliyyə hesabatının məlumatlarını müqayisə edir və onları yoxlayır;
-Mühasibat uçotunun müvafiq sahəsində sənədlərin qəbulu uzrə ilkin yoxlamanı həyata keçirir və hesablaşma prosesinə hazırlıq görür;
-Təsərrüfat əməliyyatlarının mühasibat hesabatlarında, gəlir və xərclərin formalaşmasında dəqiq və vaxtlı-vaxtında öz əksini tapmasını təmin edir;
-Şirkətin Baş ofisində/filiallarında mühasibat prosedurlarına riayət edilməsinə nəzarət edir;
-İlkin mühasibat sənədlərinə nəzarəti həyata keçirir;
-Ödəniş və hesablaşma öhdəliklərinin rəsmiləşdirilməsi qaydalarına nəzarət edir;
-Pul vəsaitlərinin, əsas vəsaitlərin və maddi əşyaların inventarlaşmasını həyata keçirir;
-Şirkətin filiallarında maliyyə və kassa nizam-intizamının uyğunluğuna nəzarət edir;
-Şirkətin işçilərinə əmək haqqının verilməsini həyata keçirir;
-Vergilər Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) hesabatların təqdim edilməsini təmin edir;
-Statistika hesabatlarının, ƏƏSMN və Vergilər Nazirliyinə hesabatların düzgün və vaxtlı-vaxtında verilməsini həyata keçirir;
-Şirkətin maliyyə vəsaitlərinin düzgün şəkildə istifadə edilməsinə yönələn tədbirlərin hazırlanmasında iştirak edir;
-Əsas vəsaitlərin, az qiymətli malların və qeyri-maddi ehtiyatların mühasibat uçotunda düzgün əks olunmasına nəzarət edir;
-Maliyyə və vergi hesabatları üçün əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanmasına nəzarəti həyata keçirir;
Vakansiyanın adını qeyd edərək CV-nizi e-mail adresinə [email protected] göndərə bilərsiniz
Elanın bitmə tarixi -04.12.22
Vakansiyalar
-
2 ay, 2 həftə, 10 saat, 28 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 11 saat, 23 dəq
- 7 ay, 2 həftə, 3 gün, 13 saat, 16 dəq
- 10 ay, 3 həftə, 1 gün, 8 saat, 1 dəq
-
11 ay, 3 gün, 3 saat, 32 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır