Logistik Şirkət hüquqşünas axtarır

Hüquqşünas


İşəgötürən: Logistik Şirkət

Vakansiya: Hüquqşünas

Son tarix: 16 iyul 2022

Müraciət üçün son tarix: 15/07/2022-ci il 

Hörmətli iş axtaran yoldaş, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəzifənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.

Vəzifələri:

-Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;

-Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;

-Cari qanunvericilik haqqında Müəssisənin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;

-Hüquqi sənəd  (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;

-Texniki vasitələrdən istifadə etməklə qüvvədə olan qanunvericilik və başqa normativ aktlar, onlara əlavələr və dəyişikliklər və ya onların ləğv olunması haqqında məlumatları müfaviq bölmələrə çatdırmaq;

-Başqa bölmələrin sorğusu əsasında Müəssisənin  müxtəlif  əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;

-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;

-Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;

-Müəssisənin adından bağlanılan bütün əqdləri hüquqi ekspertizadan keçirmək və qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdləri (müqаvilələri) vizа ilə təsdiq etmək və yа onlara dair yаzılı rəy vеrmək, həmçinin qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin bağlanılmaması barədə rəhbərlik qarşısında məsələ qaldırmaq və bunun səbəblərini аçıqlаyаn yаzılı rəy vеrmək;

-Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;

-Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;

-Müəssisəni məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.

Tələblər:

-Təhsil dərəcəsi: Bakalavr

-Hüquq sahəsi, hüquqşünas

-Təcrübə: Ümumi ən az 5 il , sahə üzrə ən az 3 il,

-Məsuliyyətlilik

-Ünsiyyət qurmaq bacarığı 

-Etibarlılıq

-Detallara fikir vermək qabiliyyəti

-Azərbaycan, Rus dili- əla və İngilis dili-yaxşı  səviyyədə bilmək  

-Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

İş şəraiti:

-5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;

-Nahar şirkət tərəfindən təmin olunur;

-Tibbi siğorta ilə təmin olunma;

-Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (Hüquqşünas) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək göndərin.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]