“Leobank” inzibati işlər üzrə mütəxəssis axtarır
“Leobank” İnzibati işlər üzrə mütəxəssis axtarır
Tapşırıqlar:
– Ofisin avadanlıq, inventar, material və ləvazimatları ilə təchiz olunması;
– Daxil olan və çıxan bütün sənədlərin qeydiyyatının aparılması, müvafiq bölmələrə sənədlərin təhvili və sənəd dövriyyəsinin izlənilməsinin həyata keçirilməsi;
-Malların, aparılan işlərin və xidmətlərin qeydiyyata salınmasının təmin olunması;
Tələblər:
– Təhsil : Ali
-Təcrübə: Əlaqədar sahədə minimum 1 -3 il
– Dil bilikləri: Azərbaycan Dili ana dili ,Rus dili yaxşı səviyyədə
– İT biliklər: MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə), 1C proqramı (üstünlükdür)
– Kargüzarlıq haqqında qaydalar üzrə biliklər
– Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı
– Problem həll etmə və əməkdaşlıq bacarıqları
– Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
– Prosedur və qaydalara riayət etmək
– Operativlik və İcra etmək bacarığı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına [email protected] mövzu yerinə “İnzibati işlər üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Vakansiyalar
- 9 saat, 11 dəq
- 9 saat, 14 dəq
- 9 saat, 50 dəq
- 9 saat, 53 dəq
- 3 ay, 2 həftə, 3 gün, 28 dəq