Layihələndirmə və dizayn şirkətinə Baş koordinator tələb olunur

Mütəxəssis

layihelendirme dizayin


İşəgötürən: Finivo Project

Vakansiya: Layihələr üzrə Baş Koordinator

Son tarix: 11 may 2022 

İş barəsində məlumat:

-Şirkət daxilində müxtəlif şöbələr, işçilər, şirkət rəhbərliyi və eləcədə vendorlar arasında işlərin koordinə edilməsi və ünsiyyətin rahat şəkildə qurulmasının təmin edilməsi;

-Hər bir verilmiş layihənin tələb və məqsədlərinə uyğun olaraq layihə fəaliyyətlərinin əvvəldən sona qədər icra planının, cədvəlinin, və lazımi meyarların hazırlanması və rəhbəliklə razılaşdırılması; 

-Razılaşdırılmış layihə planının icrası üçün müvafiq işçilərin, vendorların, və layihədə iştirak edən digər tərəf (şəxslərin) müvaffiq tapşırıqlar üzrə təyin olunması,  ətraflı şəkildə məlumatlandırılması, tapşırığın icrası boyunca hər birinin işinə nəzarət edilməsi; 

-Layihənin ümumi gedişatına mütəmadi nəzarət olunması, tapşırıqların razılaşdırılmış zaman çərçivəsində bitməsini, layihənin getişatında yaranan çətinliklərin dərhal araşdırılması və onların həll edilməsi üçün lazımı addımların atılması; 

-Baş verə biləcək problemlərin və risklərin öncədən planlaması və tədbirin tələblərə uyğun olaraq keçirilməsi üçün risklərin minimuma endirilməsi; 

-Şirkət rəhbərinə hər bir layihə üzrə görülmüş işlərin hər gün yazılı və şifahi şəkildə ətraflı hesabatının verilməsi;

-Layihənin gedişatı zamanı layihə iştirakçıların, sifarişçinin, iş icraçılarının və rəhbərliyin rəylərinə əsasən hesabatların hazırlanması və bu rəylərə əsasən həmin layihənin icra və əməliyyat planında müvafiq düzəlişlərin icra olunması; 

-Layihənin tamamlandıqdan sonra layihə iştirakçıların, sifarişçinin iş icraçılarının və rəhbərliyin rəylərinə əsasən hesabatların hazırlanması və sənədləşdirilməsi və bu bilgilərin növbəti layihələrin icrasında nəzərə alınması; 

Tələb olunan bacarıqlar:

-Ali Təhsil; 

-Tikinti sahəsində 3 ildən 5 ilə qədər iş təcrübəsi (Təmir, tikinti sektorundan mütləq anlayışı olmalıdır);

-Layihələrin koordinatorluğu üzrə minimum üç illik iş təcrübəsi;

-Tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;

-Məsuliyyətlilik, detallara nəzarət, operativlik;

-İşçilər, müştərilər, və vendorlar ilə düzgün ünsiyyət qurma bacarığı və təcrübəsi;

-Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;

-Komandada və fərdi şəkildə işləmə bacarığı;

-Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;

-Bir neçə layihə və ya tapşırığa eyni zamanda nəzarət edə bilmə bacarığı;

-Microsoft Office proqramlarında səlis işləmə bacarığı;

-1C proqramında işləmə bacarığı;

-Azərbaycan, rus və ingilis dillərində professional səviyyədə danışmaq və yazmaq qabiliyyəti;

-Sənədləşmə işlərinin düzgün sistematik icrasını bilmək və təmin etmək bacarığı;

Qeyd:

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.

Müraciət üçün CV-nizi [email protected] email ünvanına subject bölməsində “Layihələr üzrə baş koordinator” qeyd etməklə göndərə bilərsiniz.

“Finivo” şirkəti layihələndirmə və dizayn bazarında fəaliyyət göstərir. Şirkətin gördüyü işlərə paytaxt Bakıda və rayonlarda yaşayış və qeyri-yaşayış, inzibati və ictimai binaların tam layihələndirilməsi, əsaslı tikintisi və təmiri kimi irimiqyaslı layihələrin icrası daxildir. Bu işlərin  aparılması üçün “Finivo” müvafiq lisenziyaya malikdir.

Eyni zamanda, “Finivo”  böyük sayda hüquqi və fiziki şəxslərə maliyyə hesabatlarının aparılması, eləcə də öz biznes və sahibkarlıq imkanlarını inkişaf etdirmək üçün bir sıra konsaltinq xidmətlər göstərib.


©️ 2022

070 231 45 70

[email protected]