Kristal Abşeron satınalma üzrə mütəxəssis axtarır

İşəgötürən: Kristal Abşeron
Vakansiya: Satınalma üzrə mütəxəssis
Son tarix: 18 sentyabr 2022
Tələblər:
-Ali təhsil,
-Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi,
-Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
-Güclü ünsiyyət və danışıq qabiliyyəti,
-Azərbaycan dili mükəmməl, İngilis dili və Rus dili arzuolunandır,
-Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
-Yaradılmış sifariş formalarının analizi;
-Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
-Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
-Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
22 saat, 44 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
22 saat, 56 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 23 saat, 32 dəq
- 1 gün, 43 dəq
- 1 gün, 15 saat, 58 dəq