Kristal Abşeron satınalma müqavilələri üzrə mütəxəssis axtarır

İşəgötürən: Kristal Abşeron
Vakansiya: Satınalma müqavilələri üzrə mütəxəssis
Son tarix: 08 iyul 2022
Tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
-Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
-Güclü ünsiyyət və danışıq qabiliyyəti,
-Azərbaycan dili, İngilis dili, Rus dilini mükəmməl bilməli,
-Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-Təchizatçılar ilə əlaqələrin qurulması;
-Satınalma sənədlərinin hazırlanma bacarığı;
-Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
-Xarici logistikanı bilməli;
-Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
-Ölkə xaricindən satın alınan malların sifarişlərin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
-Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
-Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı;
-Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
-Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
-Satınalma müqavilələrini hazırlamaq, aiddiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
-Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
-Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma müqavilələri üzrə mütəxəssis” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
22 saat, 30 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
22 saat, 42 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 23 saat, 18 dəq
- 1 gün, 29 dəq
- 1 gün, 15 saat, 44 dəq