Kristal Abşeron mühasib axtarır (Gürcüstan)

Mühasib


İşəgötürən: Kristal Abşeron

Vakansiya: Mühasib (Gürcüstan)

Son tarix: 19 iyun 2022

Tələblər:

-Ali təhsil;

-1C proqramında işləməyi bilməli;

-Analoji sahədə 1-2 il iş təcrübəsi (Tikinti sahəs üzrə təcrübə arzuolunandır); 

-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);

-Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;

-Azərbaycan dilini və Rus dilini mükəmməl bilməli;

-Komandada işləmək bacarığı;

-Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;

-Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Vəzifə öhdəlikləri:

-İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək 

-Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət  

-Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək  

-Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək  

-Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi  

-Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi  

-Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək  

-Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək  

-Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s  

-Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək

İş şəraiti:

-6 günlük iş qrafiki;

-İş yeri: Gürcüstan Respublikası

-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Mühasib (Gürcüstan)” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]