Kristal Abşeron anbardar axtarır (Təcrübəçi)

Anbardar

kristal abseron


İşəgötürən: Kristal Abşeron

Vakansiya: Anbardar (Təcrübəçi)

Son tarix: 28 avqust 2022

Tələblər:

-Ali təhsil;

-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);

-Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır;

-Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

-Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü təmin etmək;

-Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət etmək;

-Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini həyata keçirmək;

-Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini həyata keçirmək;

-Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;

-Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;

İş şəraiti:

-6 günlük iş qrafiki;

-İş yeri: Bakı şəhəri

-Əmək haqqı: 300 AZN

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar (Təcrübəçi)” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.


©️ 2022

070 231 45 70

[email protected]