Korporativ satış mütəxəssisi axtarılır

İşəgötürən – Gədəbəy Mineral Suları MMC
Vəzifə öhdəlikləri:
Şirkət məhsullarının mövcud satışını analiz etmək, satışın artırılması üçün yeni layihələrin , satış kanallarının hazırlanıb təqdim edilməsi;
Daxili bazarda evlərə çatdırılma xidmətinin artırılması planının hazırlanması;
İllik və aylıq hədəflərin müəyyənləşdirilməsi, bunun əsasında rəhbərliyə təqdimatın həyata keçirilməsi;
Müvafiq satış şöbəsinin işini təşkil etmək, və çatdirilma heyyətinə müvafiq tapşırıqları vermək;
Hədəf əsasında satış nümayəndələrinin iş bölgüsünün həyata keçirilməsi, satış planının hazırlanması;
Mövcud müştərilər bazasının qorunub saxlanılması, genişləndirilməsi yolunda tədbirlərin həyata keçirilməsi;
Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
Müştərilən ehtiyac meyarlarının müəyyən edilməsi, sorğuların təşkili əsasında problemlərin müəyyən edilməsi, baş verən problemlərə qarşı operativ həll yollarının təşkil edilməsi;
Yeni satış nümayəndələrinin işə alımının həyata keçirilməsində birbaşa iştirak etmək;
Satış nümayəndələrinin ərazilər üzrə bölgüsünün həyata keçirilməsi;
Komandanın performansını izləmək və onları hədəflərə çatmaq üçün motivasiya etmək;
İşçilərin təlim ehtiyacının müəyyən olunması, daha keyfiyyətli xidmətin həyata keçirilməsi üçün İR şöbəsi ilə geniş əməkdaşlıq;
Satış rəqəmlərinin tərtibi və təhlili;
Rəqib şirkətlər və onların təqdim etdiyi məhsulları araşdırılmasını mütəmadi həyata keçirmək;
Tələblər:
Bisnesin idarə edilməsində ali təhsil
Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı
Azərbaycan və rus dillərində səlis danışıq, ingilis dilini bilmək üstünlükdür;
MS office proqramlarını yüksək səviyyədə bilməli
Komanda şəklində işləməyi bacarmalı
Təhlil və analiz etmə qabiliyyəti
Ünsiyyətcil, təşəbbüskar;
Analitik yanaşma qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə bacarığı
İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
İş rejimi və digər şərtlər:
İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
İstirahət günləri: şənbə və bazar;
İş yerinin ünvanı: Bakı şəhəri, Ziya Bünyadov pr. 20/61 Dərnəgül Tikinti Sənayesi
Müraciət etmək istəyən namizədlərdən CV-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” qeyd edərək göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 gün, 7 saat, 46 dəq
- 2 gün, 7 saat, 49 dəq
- 3 gün, 1 saat, 4 dəq
- 3 gün, 1 saat, 46 dəq
- 3 gün, 1 saat, 48 dəq