Kontakt Home məhsul üzrə mütəxəssis axtarır

İşəgötürən: Kontakt Home
Vakansiya: Məhsul üzrə mütəxəssis
Son tarix: 15 sentyabr 2022
“Kontakt Home” mağazalar şəbəkəsi Kontakt Kosmetika departamentinə Məhsul üzrə mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
-Məhsul üzrə menecerə gündəlik işlərdə dəstəyin göstərilməsi;
-Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
-İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
-Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
-Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
-Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
-Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
-Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
-Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
-Büdcənin idarə edilməsi və izlənməsi.
Tələblər:
-Ali təhsil;
-Satınalma, kateqoriya menecmenti, maliyyə sahələrində iş təcrübəsi – ən azı 2 il;
-Səlis Azərbaycan, Rus, İngilis dilləri biliyi;
-Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
-Marketinq və satış əməliyyatları və prosesləri haqqında biliklər;
-Analitik düşünmə qabiliyyəti;
-Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
-Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
-Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
-CİPS sertifikatları arzuolunandır.
İş şəraiti:
-İş günləri: I-V günlər;
-İş saatı: 09:00-18:00;
-Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 gün, 22 saat, 19 dəq
- 1 gün, 22 saat, 21 dəq
- 1 gün, 22 saat, 23 dəq
- 1 gün, 22 saat, 26 dəq
- 1 gün, 22 saat, 30 dəq