Kontakt Home logistik əməliyyatlar üzrə kiçik mütəxəssis axtarır

İşəgötürən: Kontakt Home
Vakansiya: Logistik əməliyyatlar üzrə kiçik mütəxəssis
Son tarix: 23 iyun 2022
Vəzifə öhdəlikləri:
-Sifariş olunan və daşınan yüklərin qeydiyyatının aparılması;
-Daşınma ilə bağlı zəruri sənədlərin toplanması, yoxlanması və aidiyyəti üzrə təqdim olunması;
-Yüklərin daşınma xərclərinin qeydiyyatının aparılması;
-Daşınma zamanı yaranmış əlavə xərclərin, cərimələrin qeydiyyatının aparılması;
-Ödəniş üçün zəruri sənədlərin toplanması və yoxlanılması;
-Nəqliyyatçılar, daşıyıcı şirkətlərlə yazışmaların aparılması;
-Gömrük prosedurları üçün tələb olunan sənədlərin, nəqliyyat xərcinin təqdim olunması;
-Lazımi sənədlərin maliyyə şöbəsinə təqdim olunması və sistemdə ödəniş üçün sorğu göndərilməsi;
-Ödənişlərin icrasına nəzarət və bu barədə daşıyıcı şirkətlərə məlumatın təqdim edilməsi;
-Sənədlərin əslinin və elektron surətlərinin arxivləşdirilməsi;
-Daxil olan sorğular əsasında sənədlərin təqdim olunması, habelə, dövrü olaraq maliyyə şöbəsi ilə ödəniş üzləşmələrinin aparılması;
-Bölmə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.
Tələblər:
-Ali təhsil (Texniki və İqtisadi sahələr üzrə arzuolunandır);
-Səlis Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzuolunandır;
-MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
-Verilən tapşırıqları təyin olunmuş zaman kəsiyində icra etmək, yaranmış problemləri operativ həll etmək, eləcə də yüksək ünsiyyət bacarığı;
-Punktuallıq və detallara diqqət etmə bacarığı;
-Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
-Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri.
Əlavə üstünlüklər:
-AR Gömrük Qanunvericiliyi üzrə biliklər;
-Mühasibatlıq və kargüzarlıq sahəsində təcrübə;
-Incoterms 2010/2020 bilikləri.
İş şəraiti:
-İş günləri: I-V günlər;
-İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 gün, 1 saat, 15 dəq
- 2 gün, 1 saat, 17 dəq
- 2 gün, 1 saat, 19 dəq
- 2 gün, 1 saat, 22 dəq
- 2 gün, 1 saat, 26 dəq