Kontakt Home icraçı axtarır (Qəbələ, Masallı)
İşəgötürən: Kontakt Home
Vakansiya: İcraçı (Qəbələ, Masallı)
Son tarix: 04 iyun 2022
Vəzifə öhdəlikləri:
-Borclulara qarşı məhkəmə iddialarının qaldırılmasında və qanunun tələblərinə əsasən borcların alınmasında birbaşa iştirak edilməsi;
-Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi;
-Məhkəmə qərarlarının vaxtında alınması və aidiyyatı üzrə təqdim edilməsi;
-Mübahisə tərəfləri ilə əlaqələrin yaradılması və danışıqların aparılması;
-Müvafiq məlumat bazasının yaradılması;
-Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.
Tələblər:
-Ali təhsil (hüquq təhsili olması üstünlükdür);
-Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
-Məsuliyyətlilik, aktivlik və çeviklik;
-Məqsədyönlülük, komandada işləmək bacarığı.
İş şəraiti:
-İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü;
-Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Qəbələ üzrə – Buraya
Masallı üzrə – Buraya
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 8 saat, 23 dəq
- 8 saat, 52 dəq
-
8 saat, 53 dəq
По какому принципу работают механизмы рекомендаций материалов
- 8 saat, 53 dəq
- 8 saat, 53 dəq