Kontakt Home hüquqşünas axtarır

İşəgötürən: Kontakt Home
Vakansiya: Hüquqşünas
Son tarix: 28 may 2022
Vəzifə öhdəlikləri:
-Məhkəmələrlə işin təşkili və icra edilməsi;
-Hüquq-mühafizə orqanları ilə işin təşkili və icra edilməsi, inzibati xəta və cinayət xarakterli araşdırmaların nəzarətdə saxlanılması və mütəmadi olaraq təqib edilməsi;
-İnzibati orqanlarla işin təşkil və icra edilməsi;
-İnzibati orqanlardan daxil olan sorğuların, vəkil sorğularının, informasiya sorğularının, vətəndaş müraciətlərinin araşdırılması və vaxtında cavablandırılması;
-Müəssisənin zərər gördüyü inzibati xətalar və cinayət işlərində müəssisənin təmsil edilməsi, hüquqlarının müdafiə edilməsi;
-Zərurət olduqda vətəndaşların qəbulunun həyata keçirilməsi;
-Bəzi kateqoriya əqdlərin hazırlanması, belə əqdlərə hüquqi rəylərin verilməsi;
-Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
-Aidiyyəti məsələlərə dair hüquqi rəylərin hazırlanması, müxtəlif arayış və sənədlərə hüquqi rəy verilməsi;
-Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazrılanması, həmin orqanlarda müəssisənin öz səlahiyyətləri çərçivəsində təmsil edilməsi;
-İşçilərdən izahatların alınması, daxili audit araşdırmasına hüquqi dəstəyin verilməsi;
-Rəhbərinin qanuni göstərişlərinin icra edilməsi, fəaliyyəti ilə bağlı tabeliyində olduğu rəhbərinə mütəmadi olaraq hesabatların verilməsi.
Tələblər:
-Ali hüquq təhsili;
-Minimum 3 il iş təcrübəsi;
-Hüquq-mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
-Məhkəmə təcrübəsi;
-Vətəndaşlarla işləmək bacarığı və təcrübəsi;
-İnzibati və cinayət hüquq sahələrində dərin biliklər;
-Mülki hüquq sahəsində biliklər arzu olunandır;
-Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
-Məsuliyyətlilik, aktivlik və çeviklik;
-Hüquqi araşdırma qabiliyyəti.
İş şəraiti:
-İş günləri: I-V günlər;
-İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
6 saat, 41 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 6 saat, 50 dəq
- 6 saat, 51 dəq
- 6 saat, 53 dəq
- 6 saat, 59 dəq